Rəfael Hüseynov: “AŞPA-nın yaz sessiyasında tənqid gözləmirik”
“Ermənistana keçirilmiş antidemokratik seçkilərlə bağlı məsələni qaldıracağıq”
“Biz uzaqda olmayan hadisə sayılan Xocalı soyqırımını dünyaya kifayət qədər, lazımınca çatdıra bilməmişik. Dünyanın ən müxtəlif ölkələrinin parlamentlərində mövcud sənədləri təqdim etməliyik. Həmin parlamentlərdə çıxış etməyə, parlament üzvlərinin hamısına kitablar. Sənədlər təqdim etməyə nail olmalıyıq”. Lent.az-ın məlumatına görə, bunu Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) Azərbaycan Nümayəndə heyətinin üzvü Rəfael Hüseynov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Avropa Şurası çərçivəsində 2001-ci ildən etibarən çox ciddi iş aparılır: “Dünyanın tanınmış siyasətçiləri Ermənistanın Azərbaycana qarşı törətdiyi soyqırımı anlayır, tanıyır. Ancaq Ermənistanın iddia etdiyi, guya türklərin onlara qarşı törətdiyi “soyqırım” bir mifdir, xülyadır. Onlar yalançı mənbələr düzəltsə də, normal iş aparılanda, iş elmi səviyyədə qurulanda, tezliklə bu mif dağıla bilir. Zamanında ermənilər Avropa Parlamentində əl altdan iş görərək istədiklərini yeridə biliblər. Həmçinin Belçika, Fransada və s. yerlərdə fəal olublar, nəticədə “soyqırım” ideyasını irəli sürə biliblər. Ancaq o yerdə ki, Azərbaycan fəaldır, fəal iş aparır, orada onlar yalnız özünü müdafiə mövqeyi tuturlar. Azərbaycan Nümayəndə heyəti 9 il ərzində AŞPA-da 100-dən artıq sənəd hazırlayıb. Bunlardan təxminən 70-i Ermənistanı təcavüzkar siyasəti, terrorist, narko-bizneslə, qanunsuz silah ticarətilə məşğul olan dövlət kimi ən müxtəlif istiqamətlərdə ifşa edir. Bu iş bütün beynəlxalq təşkilatlarda. Bütün ölkələrin parlamentlərində aparılsa, Ermənistanın tərpənməyə imkanı olmayacaq”.
R.Hüseynov xatırladıb ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası aprelin 27-də başlayır: “Budəfəki yaz sessiyası AŞPA-nın yaranmasının 60 illiyi ilə üst-üstə düşür. Orada bir sıra bayram tədbirləri nəzərdə tutulub ki. Azərbaycan Nümayəndə heyəti də həmin tədbirlərə qatılacaq”.
R.Hüseynov bildirib ki, yaz sessiyasında Azərbaycanda martın 18-də keçirilmiş referendumla bağlı hesabat məruzəsi dinləniləcək. O, referendumla bağlı tənqid gözləmədiklərini də bildirib: “Sessiyada bir sıra ölkələrin Avropa Şurası qarşısında götürdüyü öhdəliklərlə bağlı müzakirələr olacaq ki, biz həmin müzakirələrə də qatılacağıq. Ancaq son dərəcə vacib olan bir məsələnin müzakirəsi də gözlənilir. Bu, böhranlı vəziyyətlərdə insan hüquqlarının müzakirəsinə aiddir. Biz müzakirələrə qatılaraq 2008-ci il fevralın 26-da Ermənistana keçirilmiş antidemokratik seçkilərlə bağlı məsələni qaldıracağıq. Həmin vaxt orada insan qətlləri, həmçinin kütləvi qətllər baş verdi. Nəticədə bu gün Ermənistan həbsxanaları siyasi məhbuslarla doludur. Təəssüf ki, bu məsələ indiyədək Avropa Şurası qarşısında qaldırılmayıb və Ermənistanda siyasi məhbus məsələləri üzrə məruzəçi təyin olunmayıb. Çıxışlarda Ermənistanın ifşası istiqamətində məruzələrimizi bölüşəcəyik”.
Pərvin ABBASOV

839