İsa Qəmbərin oğlu: “Hərdən avaralıq eləmək istəyirəm...” - MÜSAHİBƏ
“Onun övladı” rubrikasında bu dəfə suallarımıza məşhur müxalifət lideri, Müsavat Partiyasının başqanı İsa Qəmbərin oğlu Turqut Qəmbərli cavab verir. Turqutla görüşümüz “Alma” qəzetinin redaksiyasında görüşdük. Dostluq elədiyi Dalğa Gənclər Hərəkatının üzvləri ilə ictimai məsələlərdən tutmuş, dedi-qodu janrındakı söhbətlərə qədər hər şey barədə danışırdılar. Müsahibə ərəfəsində dalğaçılar Turqutu əməlli-başlı “prikol2a tutdular. Biri dedi ki, atan prezident seçilsəydi, heç biznən burada oturub söhbət eləməzdin, biri dedi ki, hələ müsahibədə “siz sevgiyə inanırsınız?” tipli suallar da olacaq, hazırlaş, və s. və i.
Elə Turqut da az aşın duzu deyil. Nə zarafatda, nə də hazırcavablıqda dalğaçılardan geri qalmır. Hətta müsahibə zamanı Dalğa rəhbəri Vəfa Cəfərova şəkillərimizi çəkəndə Turqut əlini gənc din xadiminin sifətinə oxşayan üzünə çəkib, gileyləndi: “Barı deyəydiniz, üzümü qırxıb, gələydim də!”
- Turqut, İsa Qəmbərin oğlu olmağın sənə sadə bir gənc kimi yaşamağa mane olur?
- Yox, onun oğlu olmağımın heç bir narahatlığını hiss eləmirəm. Öz işimlə, təhsilimlə məşğulam, ictimailəşmiş, maraqlı gənclərlə yoldaşlıq edirəm, bir sözlə, kimin oğlu olmağımdan asılı olmayaraq, öz həyatımı yaşayıram. Amma məncə, təkcə Azərbaycanda deyil, hər hansı bir ölkədə bir siyasi liderin oğlu, övladı olmaq adamın boynuna hansısa məsuliyyət qoyur. Çünki hərəkətlərində istər-istəməz atasının hərəkətlərinin davamı görünür. Deməzdim ki, bu mənim üçün belə çətindi, çünki mən artıq buna öyrəşmişəm. Düzdü, hərdən məsələn, deyirlər ki, Gənclər sektorunda Turqut ona görə belə aktivdi ki, atası İsa Qəmbərdi. Amma çalışıram, belə şeylərə fikir verməyim.
- Yaxşı, İsa Qəmbər necə atadır?
- Yaxşı atadır. Övlada, ailəyə azadlıq verən, ailədə demokratiyanı gözləyən atadır.
- Evdə atanın İsa Qəmbər olmasının hansısa çətinliyi və ya asanlığı var?
- Heç bir çətinliyi yoxdur. kifayət qədər ailədə azadlıq var. Mən həm bu azadlığın məsuliyyətini dərk edirəm, həm də bəhrəsini görürəm. Sırf ata kimi İsa Qəmbər biz övladlarına heç bir problem yaratmır.
- Ona kənardan, ata kimi deyil, siyasətçi kimi baxanda necə görürsən? Yaxşı ata olduğu kimi yaxşı da siyasətçidirmi?
- Bu suala mənim cavab verməyim bilmirəm, nə qədər doğrudur. Çünki İsa Qəmbərin oğlu olduğum üçün fikrim obyektiv olmaya bilər. Sırf mənim fikrimcə, yaxşı siyasətçidir. Məncə, xalq da belə fikirləşir.
- Əgər elə yaxşı siyasətçidirsə, və xalq da belə fikirləşirsə, niyə bu günə qədər hakimiyyətə gələ bilmir?
- (Gülür) Bunun səbəbləri barədə kitablar yazmaq olar. Ölkədə normal sistem olsaydı, İsa Qəmbər artıq çoxdan hakimiyyətə gəlmişdi. Amma gördüyünüz kimi, Azərbaycanda müəyyən qədər müxalifətin, müəyyən qədər sistemin, müəyyən qədər də cəmiyyətin aktiv olmaması ucbatından normal seçki yolu ilə hakimiyyətə gəlmək qeyri-mümkündür...
- Atanın mətbuata verdiyi müsahibələri, televiziyadakı çıxışlarını izləyirsiniz?
- Əlbəttə. Hamısını olmasa da, çalışıram əksəriyyətini oxuyum, baxım.
- Bunları oxuyandan, baxandan sonra onunla müzakirə eləyirsiniz?
- Eləyirik. Qəzetlərdəki müsahibələrini hamısını olmasa da, televiziya çıxışlarının hamısını müzakirə edirik.
- Ata-oğul ikiniz müzakirə edirsiniz, yoxsa bütün ailə?
- Baxır da. Bəzən ikimiz müzakirə edirik, bəzən də müzakirədə bütün ailə iştirak edir. Düzdü, o evdə siyasətdən danışmağı çox da sevmir, amma bu barədə sual verəndə də yayınmır, mütləq cavab verir.
- Elə olurmu ki, öz çıxışlarında və ya müsahibələrində sənin məsləhətlərindən istifadə eləsin?
- Yox, mən ona hansısa çıxışdan, müsahibədən əvvəl məsləhətlər vermirəm, amma verilişdən və ya müsahibə çıxandan sonra bəzi iradlarım olub. Bəzən deyirəm ki, məsələn, gərək, filan cümləni və ya ifadəni işlətməyəydin. Bilmirəm, o bu iradları nə qədər nəzərə alır... Amma deyim ki, əksər hallarda onun çıxışlarından razı qalıram.
- Səncə, indiyə qədər uduzduğu siyasi debat hansı olub?
- Atam olduğuna görə demirəm, amma mən hələ onun uduzduğu siyasi debatı görməmişəm. Təvazökarlıqdan nə qədər uzaq olsa da.
- Belə bir sual verim: hər hansı bir sadə də olsa, hərəkəti eləyəndə, addımı atanda İsa Qəmbərin oğlu olduğunun fərqində olursan?
- Mən bilirəm ki, İsa Qəmbərin oğluyam. Amma bu heç nəyi dəyişmir. Mən ilk növbədə Turqutam, sonra İsa Qəmbərin oğluyam.
- İsa Qəmbərin övladı olaraq, onun ən çox sevmədiyin siyasi rəqibi kimdir?
- İlham Əliyev.
- Evinizə siyasətlə bağlı çox adam gəlib-gedir?
- Elədir. Amma daha ev bütün günü siyasətçilərlə dolu olmur. Həftədə, ayda kimsə gəlir. Amma bu məni narahat eləmir. Mən özüm də siyasətlə maraqlanıram. Buna görə də evə siyasətçilərdən kimsə gələndə mən özüm də onların söhbətlərinə qoşuluram. Hətta hərdən öz məsləhətlərimi də verirəm.
- Siyasətlə niyə maraqlanırsan? Gen tələb edir?
- Nə bilim. Bəlkə də başqa bir ailədə böyüyüb tərbiyə alsaydım, başqa adam olardım, başqa şeylərlə maraqlanardım. Amma iş belə gətirib ki, İsa Qəmbərin oğlu olmuşam və siyasətin içində böyümüşəm.
- Elə bir hərəkət olur ki, eləmək istəyirsən, amma atanın İsa Qəmbər olması buna mane olur? Yəni fikirləşirsən ki, “İsa Qəmbərin oğlu olmasaydım, belə eləyərdim”...
- Olur. Hərdən məsələn, universitetdə bir avaralıq eləmək istəyirəm, amma çəkinirəm.
Fikirləşirəm, deyəcəklər ki, İsa Qəmbərin oğludu, kiməsə güvənib bunu eləyir.
- Necə avaraçılıq, məsələn, qızlara sataşmaq kimi?
- (Gülür) Yox, yox. Baxın, Vəfa Cəfərova ilə bir yerdə oxuyuruq, ondan soruşa bilərsiniz, məndə qızlara sataşmaq, söz atmaq kimi şeylər yoxdur. Mən daha çox müəllimlərə söz atmaq, onlarla mübahisə eləmək istəyirəm. Hərdən eləyirəm. Hərdən də özümü saxlayıram ki, deyəcəklər, atasına güvənir.
- Atanda başqa hansı istedadları görürsən. Səncə siyasətçi olmasaydı, İsa Qəmbər özünü hansı sahədə təsdiq edərdi?
- Yəqin ki, yaxşı tarixçi olardı. Onunla futbol oynamışam, görmüşəm ki, çox gözəl futbol oynayır, şahmat oynamışam, görmüşəm ki, əla şahmatçıdı...
- Şahmatdakı gedişləri siyasətdə tətbiq edə bilir?
- Vallah, mən özüm nə yaxşı şahmatçı, nə də yaxşı siyasətçi olmadığıma görə, bu incəlikləri bilmərəm. Amma yəqin ki, eləyir də...
- Turqut, xüsusilə müxalifətdə olan siyasətçilər barədə mətbuatda olduqca təhqiramiz yazılar çıxır. Elə olur ki, İsa Qəmbər barədə hər hansı təhqiramiz bir yazını oxuyandan sonra bir oğul olaraq, həmin müəllifləmi və ya redaksiya iləmi haqq-hesab çürütmək istəyəsən, və ya azərbaycanlı xasiyyətinə uyğun, yazını yazan adamı döymək istəyəsən?
- Uşaq vaxtı hirslənirdim və elə istəklərim olurdu. Adını çəkmirəm, xüsusilə bir nəfərin dərsini verməkdən ötəri əlim gicişirdi. Sonra fikirləşdim ki, siyasi, ictimai fiqur olan adamlar belə şeylərin hamısını gözünün qarşısına alıb, bu məsləki seçir. İndisə hansısa təhqiramiz yazını oxuyanda daha çox gülməyim gəlir, nəinki əsəbiləşim və kimisə döymək istəyim.
- Yeri gəlmişkən, gənc Qəmbərli nə ilə məşğul olur?
- Gənc Qəmbərli Bakı Dövlət Universitetində Beynəlxalq Əlaqələr fakültəsində təhsil alır və qeyri-hökumət təşkilatlarının birində azərbaycan, rus və ingilis dillərindən tərcüməçilik edir.
- Təhsil həyatında İsa Qəmbərin oğlu olmağın sənə xeyri, yoxsa ziyanı dəyir?
- Müəllimə baxır. Bəziləri imtahan kağızıma baxmadan “əla” qiymət yazır, bəzisi imtahandan kəsmək üçün əlindən gələni eləyir. Bizim təhsil sistemini bilirsiniz də... Ümumiyyətlə, çalışıram, universitetdə çox diqqət cəlb eləməyim.
- Tələbə yoldaşlarının arasında elələri var ki, səninlə məhz İsa Qəmbərin oğlu olduğuna görə dostluq eləmək istəyirlər?
- Elələri də olur. Amma belə adamlar tez də aradan çıxır. Bəziləri özləri uzaqlaşır, bəzilərinə özüm baxıb görürəm ki, yaxşı adamlar deyillər, nəsə, axırda əsl dostlar qalır.
- Bəs Dalğaçılarla səni bağlayan nədi?
- Təxminən eyni ideyalar bağlayır. Şəxsi müstəvidə dostluğumuz var bir çoxu ilə. Dalğaçılar əla uşaqlardı. Vəssalam.
- ...
- (Gülür) Bəs, “Siz sevgiyə inanırsınız?” sualını verməyəcəksiniz?
- Bu suala cavab vermək sənin üçün elə vacibdisə, sualı eşitmədən də cavabını verə bilərsən...
Hamı gülür və Turqutla gənc Dalğaçılar çantalarını çiyinlərinə atıb, zarafatlaşa-zarafatlaşa redaksiyadan çıxırlar...
Söhbətləşdi: Günel Mövlud

1795