“İraq, Afrika və Əfqanıstanda muzdla döyüşən azərbaycanlılar var”
Bu məlumatı “Defensjournal” nəşri yayıb
ABŞ və müttəfiqləri İraqdan hərbçilərini çıxardıqdan sonra belə hələ bir neçə il bu ölkədə xarici əsgərlər qalacaq. ABŞ-ın və İraq hökumətinin maliyyə dəstəyi ilə Birləşmiş Ştatlara məxsus “ən böyük özəl ordu” “Blackwater” və bir neçə Almaniya hərbi şirkətinin əsgərləri İraqda asayişin təmin olunmasına çalışacaq, silahlılarla mübarizə aparacaqlar .
Lent.az-ın “Defensjournal”a istinadən verdiyi məlumata görə, hazırda İraqda qərb ölkələrinə məxsus özəl şirkətlərin 25 minə yaxın muzdlu əsgəri var. Onlar İraq hökuməti ilə bağlanmış müqavilə çərçivəsində bu ölkədə asayişin təmin olunması, eləcə də digər vəzifələri yerinə yetirirlər.
“Bu muzdlu əsgərlər Liberiyada və digər Afrika ölkələrində olduğu kimi xidmət edirlər. Onlara heç bir fərq yoxdur. Əslində müstəqil bir ordu olan bu şirkətlərin əsgərləri terrorçu və ya mülki əhali fərqini qoymadan atəş açırlar. Onların arasında irqçilər, müsəlmanlara, asiyalılara hədsiz nifrət bəsləyənlər yüzlərlədir”, - deyə jurnal yazıb.
Jurnalda qeyd olunur ki, İraqda döyüş tapşırığı yerinə yetirən bir “Blackwater” əsgərinin gündəlik muzdu 500-700 ABŞ dolları, alman əsgərlərinin gündəlik qazancı isə 700 avrodur. Onlar aldıqları bu pula görə heç bir vergi ödəmirlər.
Jurnal yazır ki, bir neçə ay əvvəl Liberiyada və Konqodakı Avropadan olan pullu əsgərlər məvacib ala bilmədikləri üçün yerli əhalini açıq şəkildə talamağa başlayıblar. Hökumət qüvvələri onların bu talançılığının qarşısını almaqda aciz qalıb.
Jurnalın araşdırmalarına görə, münaqişə regionlarına göndərilən pullu əsgərlər arasında ABŞ ordusundan ehtiyata buraxılmış və ya ixtisara düşmüş əsgər və zabitlərlə yanaşı, Cənubi Afrika Respublikasından, həmçinin Asiya ölkələrindən Avropaya və Amerikaya iş dalınca getmiş insanlar çoxluq təşkil edir. Pullu əsgərlərin böyük əksəriyyətini miqrantların təşkil etməsi də diqqət çəkir. Onları münaqişə bölgələrində daha aşağı maaşla işlətmək olur. Şəxsi heyətinin ümumi sayı açıqlanmasa da hazırda Almaniyanın “Legion” şirkətinin İraq, Afrika və Əfqanıstandakı əsgərlərinin yarıya qədərini 11 qeyri-alman millətinin nümayəndələri təşkil edir. Onların sırasında türklər, xorvatlar, serblər, postsovet xalqlarından ruslar, çərkəzlər, hətta azərbaycanlılar var. Alman özəl hərbi şirkətlərinin hərbçilərinin əksəriyyəti vaxtı ilə Balkanlarda gedən hərbi əməliyyatlarda iştirak edərək, təcrübə qazanıblar. Müasir texnologiyalar barədə məlumatlandırılmış və təlimlər keçmiş əsgərlərə malik bu şirkətlər “müstəqil ordu”durlar.
Dünyada əsgərlərinin sayına görə ən böyük şirkət sayılan “Blackwater” öz məxfiliyi ilə seçilir və şirkətin əsgərlərinin hansı seçim əsasında formalaşdırıldığı, hansı millətlərin nümayəndələrinin “Blackwater” ordusunda təmsil olunduğu bildirilmir. Ən təhlükəli münaqişə ocaqlarında xidmət edən “Blackwater” quru, hava, hava hücumundan müdafiə, dəniz, dənizaltı, istehkam, sursatların zərərsizləşdirilməsi və xüsusi əməliyyatlar üzrə ixtisaslaşmış hərbi bölmələrə malikdir. www.infowars.com saytının yazdığına görə, “Blackwater”in xarici müştəriləri arasında İordaniya, Azərbaycan və Burkina-Faso kimi dövlətlər də var.
Rəşad Süleymanov

1007