Partiyaların bələdiyyə seçkisinin nəticələrinə münasibəti - SORĞU
“Bələdiyyə seçkilərinin nəticələrini MHP-nin uğuru sayırıq. Çünki biz seçki təbliğatı dövründə ortaya bir strategiya qoymuşduq. Strategiya bundan ibarət idi ki, iqtidar partiyası seçkidə geriləməli, millətimiz AKP-yə ciddi xəbərdarlıq etməli və hökumətin əsas alternativinin MHP olduğu ortaya çıxmalıdır. Hədəflərimizin hamısı həyata keçdi və iqtidar partiyası 29 martda bundan əvvəlki seçkidən 8 faiz daha az səs aldı və 20-yə yaxın bələdiyyəni itirdi. Biz isə səslərimizi 2004-cü ilin bələdiyyə seçkiləri ilə müqayisədə 55%, 2007-ci ildəki parlament seçkisi ilə müqayisədə 13% artırdıq. Cümhuriyyət Xalq Partiyası da səslərini artırdı, amma onların gedə biləcəyi müəyyən bir sərhəd var. İqtidarın əsas alternativinin MHP olduğu ortaya çıxıb”.
Bu sözləri martın 29-da keçirilmiş bələdiyyə seçkilərinin nəticələrini APA-nın Türkiyə bürosuna şərh edən Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədr müavini, İstanbul millət vəkili Atilla Kaya deyib. A. Kayanın fikrincə, 29 mart seçkilərinin nəticələri hökumət üzərində psixoloji təzyiq yaradacaq: “Türkiyədə AKP-nin bütün seçkilərdən zəfərlə çıxdığı şəklində bir düşüncə hakim olmağa başlamışdı. Ancaq bu seçki o psixoloji əngəli aradan qaldırdı. Seçicilərin MHP-yə güvəni bizi parlament seçkisinə doğru gedən yolda daha ciddi çalışmağa sövq edir”.
A. Kaya azərbaycanlıların kompakt yaşadığı İğdırdakı seçkilərin nəticələrinə də münasibətini açıqlayıb. O bildirib ki, seçki kampaniyası dövründə İğdır valisi AKP-nin partizanı kimi çalışıb: “Oradakı insanlar AKP-nin oyununa düşdülər. AKP-nin İğdır millət vəkilinin bir qohumu DTP-dən namizəd olduğu halda, həmin deputat bələdiyyə başqanlığına Azərbaycan türkünü namizəd göstərdi. Bəzi seçicilər də maddiyyatı mənəviyyatdan üstün tutdular və DTP-nin namizədi bələdiyyə başqanı seçildi. Bu, İğdır üçün yaxşı olmadı”.
Cümhuriyyət Xalq Partiyasının (CHP) İstanbul millət vəkili Çətin Soysal isə 29 mart seçkilərində səslərini artırmalarına baxmayaraq, bunu yetərli saymadıqlarını söyləyib: “Seçkidə bəzi şübhəli hadisələr də oldu. Məsələn, səslər sayılanda bəzi yerlərdə işıqlar söndü, qanunsuzluqlar edildi. Mən bu seçkilərdə səs oğurluğu baş verdiyinə inanıram”.
Ç. Soysal bildirib ki, 29 mart seçkilərində zərbə alan AKP indiyə qədər etdiyi özbaşınalıqları bundan sonra rahat şəkildə edə bilməyəcək: “Xalqımız bu seçkidə AKP-yə xəbərdarlıq edib. Bunun qarşıdakı parlament seçkisində də baş verəcəyinə inanıram. İqtidar partiyaları adətən bələdiyyə seçkilərində daha şanslı olurlar, çünki dövlətin bütün imkanlarından istifadə edir. Yadınızdadırsa, bir müddət əvvəl istər baş nazir, istərsə də ədliyyə naziri xalqa hədə-qorxu gəlmişdilər ki, müxalifət namizədlərinin seçiləcəyi rayon və şəhərlər mərkəzi hökumətdən dəstək ala bilməyəcək. Lakin buna baxmayaraq, müxalifət partiyaları seçkidən daha güclənmiş şəkildə çıxdı”.
Ç. Soysal əlavə edib ki, CHP az səs aldığı bölgələrə, gecəqondularda yaşayanlara bundan sonra daha çox diqqət göstərəcək və xalqla daha çox qaynayıb-qarışacaq.
Hakimiyyətdəki Ədalət və İnkişaf Partiyasının (AKP) üzvü, Qırıqqala millət vəkili Vahid Ərdəm isə hesab edir ki, seçkilərin nəticələri xalqın sabitliyin davamını istədiyini göstərib: “Səslərimizin azalmasına baxmayaraq, xalq ölkə idarəçiliyini davam etdirməyimizi istədiyini təsdiqləyib. Türkiyənin hər tərəfindən səs almışıq. 2007-ci ilin parlament seçkisi ərəfəsində cərəyan edən hadisələr bizə reaksionist səslər qazandırmışdı. Xalq demokratiyaya müdaxiləni sevmir. Ona görə də biz 2007-ci ildə 47 faiz səs almışdıq. İndi o müdaxilələr və reaksiyalar aradan qalxıb. Bizim az səs almağımızın səbəblərindən biri budur. Qlobal iqtisadi böhranın xalqın yaşayışına mənfi təsiri və kürd milliyyətçiliyinin yüksəlməsi də partiyamızın səsinə təsir göstərdi. Amma normal demokratiyalarda olmayacaq şəkildə müxalifət partiyalarından daha çox səs aldıq”.
V. Ərdəmin sözlərinə görə, hökumət bundan sonra iqtisadiyyata daha çox önəm verməli və lazımi tədbirlər görməlidir: “Xarici siyasət gündəliyimiz də zəngindir. Yaxın günlərdə NATO-nun zirvə toplantısı var. Daha sonra Amerika prezidenti Barak Obama Türkiyəyə rəsmi səfərə gələcək. Tezliklə seçki atmosferindən xilas olmağımız vacibdir”.

1446