AVCİYA və ELS referendumun şəffaf və ədalətli keçdiyini bildirir
Bu gün Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) və ELS Müstəqil Araşdırmalar Mərkəzinin rəhbərliyi 18 mart referendumunun ilkin nəticələri ilə bağlı mətbuat konfransı keçirib. Lent.az-ın məlumatına görə, AVCİYA-nın Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı 118 dairə üzrə 3000 məntəqədə müşahidə, ELS-lə birgə isə 800 məntəqədə “exit-poll” keçirdiklərini bildirib.
O, referendum günü 5 dəfə – saat 11:00, 13:00, 15:00, 17:00 və 19:00-da məntəqələrdəki səsvermənin vəziyyəti, müşahidə olunan qanun pozuntuları, kənar müdaxilələr, seçici fəallığının vəziyyəti və digər hallar barədə məlumatlar topladıqlarını söyləyib. Saat 21:00-da isə ilkin nəticələrlə bağlı AVCİYA-nın ilkin məlumatları ictimaiyyətə çatdırılıb. Yekun rəy aprelin 5-dək elan olunacaq.
ELS Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova isə bildirib ki, seçici fəallığı 69,7 faiz təşkil edib, Konstitusiyada dəyişiklik və əlavələrin təklif olunduğu 29 maddəyə “exit-poll” nəticəsində 80 faizdən çox lehinə səs verildiyi müəyyənləşib. Ən çox lehinə səs verilən 101-ci maddə (93,8 faiz), ən çox əleyhinə səs verilən maddə isə 130-cu maddə (12,9 faiz) olub.
M.Zülfüqarlı ölkə üzrə bir sıra məntəqələrdə bəzi qanun pozuntularının, məmurlar tərəfindən müdaxilə hallarına aid faktların qeydə alındığını da vurğulayıb. Lakin o, qanun pozuntularının çox az sayda məntəqələri əhatə etdiyini və referendumun nəticələrinə təsir etmək dərəcəsində olmadığını açıqlayıb. Seçki qərargahının rəhbəri qanun pozuntularına misal kimi, AVCİYA-nın müşahidəçisinin seçki məntəqəsi rəhbərliyi tərəfindən qeydiyyata alınmasına maneçilik törədilməsi, eləcə də səslərin sayılmasından sonra protokolların bir nüsxəsinin müşahidəçilərə verilməməsi hallarını göstərib. Lakin o, problemin Mərkəzi Seçki Komissiyasının mətbuat katibi Azər Sarıyev tərəfindən dərhal yoluna qoyulduğunu söyləyib.
AVCİYA-nın referendumun nəticələrinə dair bəyanatında bildirilir: “AVCİYA referendumu baş tutmuş hesab edir və Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərə uyğun olaraq şəffaf və ədalətli keçdiyini vurğulayır”.
Elşən

1076