Rusiya ilə Ukrayna arasında atəşkəs başladı
11 aprel 2026 17:46 (UTC +04:00)

Rusiya ilə Ukrayna arasında atəşkəs başladı

0

Rusiya prezidenti Vladimir Putin pravoslav Pasxa bayramı münasibətilə müvəqqəti atəşkəs elan edib.

Lent.az Rusiya mətbuatına istinadən xəbər verir ki, atəşkəs 11 aprel axşamından başlayaraq 12 aprel gününün sonuna qədər davam etməlidir.

Kremlin məlumatına görə, atəşkəs şənbə günü saat 16:00-dan qüvvəyə minir və bütün cəbhə istiqamətlərinə şamil olunur. Müvafiq göstəriş Rusiya hərbi komandanlığına verilib.

Ukrayna prezidenti Vladimir Zelenski isə bildirib ki, Kiyev simmetrik addımlar atmağa hazır olduğunu dəfələrlə bəyan edib və bu dəfə də eyni şəkildə hərəkət edəcək:

"İnsanlara təhlükəsiz Pasxa lazımdır və real sülh addımları vacibdir. Rusiyanın Pasxadan sonra da atəşkəsi davam etdirmək şansı var".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 276

Oxşar yazılar