Ağdamda FACİƏ:  fəhlə hündürlükdən yıxılıb öldü
11 aprel 2026 16:33 (UTC +04:00)

Ağdamda FACİƏ: fəhlə hündürlükdən yıxılıb öldü

0

Ağdam rayonunda bədbəxt hadisə baş verib.

Lent.az xəbər verir ki, hadisə rayonun işğaldan azad edilmiş Eyvazxanbəyli kəndi ərazisində qeydə alınıb.

Kənddə aparılan bərpa-tikinti işləri zamanı fəhlə yüksəklikdən yıxılaraq həyatını itirib.

Onun 36 yaşlı Babayev Mahir Pilkki oğlu olduğu bildirilir. Mərhum Tərtər rayonunun Qaradağlı kənd sakinidir.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 258

Oxşar yazılar