Səfir: “ Türkiyə Azərbaycanın maraqlarına zidd addım atmayacaq”
18 mart 2009 18:00 (UTC +04:00)

Səfir: “ Türkiyə Azərbaycanın maraqlarına zidd addım atmayacaq”

“Türkiyənin Azərbaycan siyasəti dəyişməyib. Biz Ermənistanla aparılan bütün danışıqlar barədə Azərbaycan tərəfini məlumatlandırırıq”.

APA-nın xəbərinə görə, bunu jurnalistlərin Ermənistanla Türkiyə sərhədlərinin martın sonunda açılacağı ilə bağlı məlumatlara aid sualını cavablandıran Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç deyib.

Səfir bildirib ki, Türkiyənin Ermənistanla sərhədləri açacağı barədə xəbərlər yalnız mətbuatda yer alır: “ Türkiyə Azərbaycanın maraqlarına zidd addım atmayacaq. Ermənistanla aparılan bütün danışıqlar barədə Azərbaycan məlumatlandırılır. Türkiyə hökuməti də bununla bağlı öz mövqeyini bəyan edib”.

Qeyd edək ki, Türkiyənin “Sabah” qəzeti Amerikada qondarma “erməni soyqırımı” məsələsi ilə bağlı aparılan danışıqlarda iştirak edən nümayəndə heyətinin tərkibindəki CHP millət vəkili Şükrü Ələkdağa istinadən hakim AKP-dən olan millət vəkillərinin ABŞ-da martın 29-dan sonra Ermənistan-Türkiyə sərhədinin açılacağına söz verdiklərini yazıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1040

Oxşar yazılar