Ermənistan Türkiyəyə elektrik enerjisi verəcək
18 mart 2009 12:30 (UTC +04:00)

Ermənistan Türkiyəyə elektrik enerjisi verəcək

Hazırda bu məsələ ilə bağlı hazırlıq görülür


Ermənistan Türkiyəyə elektrik enerjisi satacaq.


Lent.az-ın “haberturk”ə istinadən məlumatına görə, Türkiyə Ermənistandan ilk mərhələdə 1,5 milyard kilovat/saat elektirk enerjisi alacaq. Sonrakı mərhələdə bu rəqəm 3,5 milyarda çatdırılacaq.


Ermənistan Energetika Nazirliyi bu məsələ ilə bağlı hazırlıq görüldüyünü açıqlayıb. Nazirlikdən hazırda mövcud problemlərin aradan qaldırıldığını, Türkiyə tərəfi hazır olan kimi enerji nəqlinə başlanacağını açıqlayıblar.


Elektrik enerjisi ticarəti Türkiyə prezidenti Abdulla Gülün Ermənistana səfəri zamanı iki ölkə arasında imzalanan müqavilə əsasında həyata keçiriləcək.
# 942

Oxşar yazılar