Səfir Hulusi Kılıç: “NATO təlimləri çərçivəsində Türkiyə-Ermənistan sərhədləri açılmayacaq” – MÜSAHİBƏ
“Viza rejiminin ləğvi üçün Azərbaycanın qərarını gözləyirik”
Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfiri Hulusi Kılıçın APA-ya müsahibəsi
- Türkiyə ilə Azərbaycan arasında viza rejiminin tam aradan qaldırılması üçün hazırla hansı addımlar atılır?
- Məlum olduğu kimi, Türkiyəyə gedən Azərbaycan vətəndaşlarından viza tələb olunmur. Türkiyə vətəndaşlarından isə burada viza alınır. Biz viza rejiminin tez bir zamanda aradan qaldırılmasını istəyirik. Bununla bağlı müzakirələr aparılıb. Viza rejiminin önümüzdəki günlərdə aradan qaldırılmasını gözləyirik. Bununla bağlı təmaslar olub, bu gün də var. Sadəcə, Azərbaycan tərəfdən addım atılmasını gözləyirik. Onu da deyim ki, mən Avropa ölkələrində olduğu kimi Türkiyə ilə Azərbaycan arasında pasportla deyil, şəxsiyyət vəsiqəsi ilə gediş-gəliş olmasını arzulayıram. Bir millət olduğumuza görə bunu etmək lazımdır. Türkiyə ilə Quzey Kıbrs Türk Cümhuriyyət arasında gediş-gəliş bu şəkildədir. Avropada da ölkələrarası gediş-gəliş belədir.
- Bununla bağlı hər hansı rəsmi təklif varmı?
- Hələlik yoxdur. Amma mənim düşüncəm budur. Əvvəlcə viza məsələsini tam aradan qaldıraq, sonra bu məsələni də gündəmə gətirmək olar.
- Son günlər Ermənistanda NATO-nun hərbi təlimləri ilə əlaqədar Türkiyə-Ermənistan sərhədinin bir həftəlik açılacağı barədə məlumatlar yayılıb. Bu, nə qədər həqiqətə uyğundur?
- Bu məlumatlar əsassızdır. Sərhədlərin açılması söhbət mövzusu deyil. Ermənistanda təlimlər keçiriləcək və Türkiyədən də 3 nəfər bu təlimlərə qatılacaq. Ümumiyyətlə, bununla bağlı heç bir təklif də olmayıb, amma nədənsə mətbuatda belə məlumatlar yayıldı. Yəni NATO təlimləri çərçivəsində Türkiyə-Ermənistan sərhədləri açılmayacaq.
- Türkiyə səfirliyinin dini işlər üzrə müşavirinin səlahiyyət müddəti başa çatıb. Onun yerinə təyinat varmı?
- Müzəffər Şahin hələ getməyib. Amma müşavir vəzifəsinə yeni təyinat olacaq. Dini müşavirlik səfirliyə bağlıdır, Müzəffər bəy getdikdən sonra yenisi gələcək. Yəqin ki, bu təyinat gələn ay baş verəcək.
- Sizin də Azərbaycanda səfir kimi səlahiyyətinizi başa vurub Avropaya gedəcəyiniz bildirilir...
- Mənim üçün Azərbaycan Avropa və Asiya ölkələrindən çox önəmlidir. Bunu dəfələrlə söyləmişəm. İstəsəydim, Avropa ölkələrindən birinə gedə bilərdim. Mən bir millətə xidmət üçün buradayam. İndi də buradayam, vəzifəmi davam etdirirəm. Hələlik səlahiyyət müddətimin başa çatması ilə əlaqədar bir şey yoxdur. Yenə də qeyd edirəm, mənim üçün ən önəmlisi Azərbaycandır, bu millətə xidmət etmək üçün buradayam. Avropa, digər ölkələr başqaları üçün önəmli ola bilir, amma mənim üçün vətən öndədir, buradakı işimdən də çox məmnunam. Mən daha çox xidmət etmək istərdim, amma edə bildiklərimi etdim. Etməli olduğumuz hələ çox şeylər var.
- Azərbaycanla Türkiyə arasında Naxçıvana qazın verilməsi ilə bağlı imzalanmış sazişin icrasına nə zaman başlanacaq?
- Ötən həftə Naxçıvanda bu sənəd imzalandı. Mənim fikrimcə, bu məsələ bir-iki il ərzində gerçəkləşəcək. Qarsdan Naxçıvana dəmir yolu xətti proyekti də var. Artıq hava nəqliyyatı əlaqəsi başlayıb və qiymətlər də çox ucuzdur. Biz Naxçıvana çox önəm veririk. Ora Türkiyəyə bir əmanət kimidir. Naxçıvan nə qədər inkişaf edərsə, biz o qədər xoşbəxt olarıq. Ümumən Azərbaycanın inkişafını öz inkişafımız olaraq qəbul edirik.

736