Rusiyanın “gedişi” və gedişi-ŞƏRH
0
0
Qəbələ RLS-in istismarına dair müqavilənin müddətinin uzadılmayacağı gözlənilən idi. Rusiyanın qərarı təkcə qiymət məsələsinə bağlı deyil, bir sıra digər beynəlxalq amillərlə izah olunmalıdır.
İlk növbədə, Yaxın Şərqdə vəziyyətin mürəkkəb xarakteri və qeyri-müəyyənlik davam etdikcə, Qərb və Rusiya arasında siyasi savaş artan xətt üzrə inkişaf edirdi. Suriya məsələsində inadkar mövqeyi fonunda Qəbələ RLS-dən imtina Rusiyanın Amerika və Avropa ilə sövdələşməyə cəhdi sayıla bilər.
Digər tərəfdən, Cənubi Qafqazın həyatında hərbi cəhətdən çəkisini artırmaq və bazalarını yerləşdirməklə burada daimi konfrontasiya təhlükəsini hədəf edən şimal qonşumuz elə zənn edirdi ki, Qəbələdə lokal hərbi obyekt vasitəsilə xarici dairələrə mesaj verəcəkdir. Lakin bu niyyət özünü döğrultmadı və neft-qaz nəhəngləri stansiyanı səbəb göstərərək, onu Azərbaycanda risq əmsalı kimi irəli sürmədilər və əməkdaşlıqdan çəkinmədilər. Nəticədə, Rusiya ölkəmizin xarici iqtisadi həyatında siyasi çəkisinə uyğun olmayan bir səviyyədə iştirak etmək məcburuyyətində qaldı. Hər halda Yeltsin dövrünün səhvlərini aradan qaldırmağa cəhd edən Putinin Avropanın investisiya və texnologiya savaşına məğlub olması rəsmi Kremlə imperiya zamanının şərtlərini diqtə etməyə imkan vermədi.
Qəbələ RLS- i hərbi bazaya çevirmək məqsədlərinə Azərbaycan qətiyyətlə müqavimət göstərdi. Belə ki, bu açıq şəkildə müstəqilliyin təhdidi və xarici siyasətimizin buxovlanması demək olardı. Daxildə müxtəlif qurumların dəstəklənməsi və hakimiyyətin formalaşmasında iştiraka dair mövqe üstünlüyü yaradacaq baza reallaşmayandan sonra Rusiyanın bu obyektə marağı xeyli azaldı.
SSRİ-nin dağılmasından keçən vaxt ərzində Qəbələ RLS-dən gediş Gürcüstandan çıxarılan hərbi bazalar hadisəsinə bərabər götürülə bilər. Lakin Rusiya onun əvəzini 2008-ci ildə Abxaziyada və Osetiyada çıxmışdı. İndi çoxlarını düşündürür ki, bu qərar iki dövlətin əlaqələrinə və təhlükəsizlik mühitinə necə təsir göstərcək? Müqəddəs olmayan bu yer kimin tərəfindən tutula bilər? Ən nəhayətdə, bu obyekt tamamilə ləğv oluna bilərmi və beləliklə də, müxtəlif maraqlı qüvvələr arasında “nifaq alması”na çevrilmiş mərkəzdən xilas oluruqmu?
Əslində Rusiyanın gedişi bizim müstəqilliyimizin səviyyəsini bir az da artırır və gələcəkdə münasibətləri avantüraya yuvarlamaq istəyənlərə meydan verilməyincə, bu ən mühüm tarixi hadisədir. Sovet hərbi birləşmələrinin 90-cı illərdə çıxması daha əsəbi və Qarabağda revanşla nəticələnmişdisə də bu hadisəni emosiyaları coşduran və ultivativ dilə səbəb olan bir kontekstdə qəbul etmək tamamilə yanlışdır.
Şübhə yeri qalmır ki, özünün siyasi əhəmiyyətinə və beynəlxalaq tutumuna görə bu hadisə yeni dövrün mühüm səhifəsini açır. Azərbaycan keçmişdə Qəbələ RLS-i Qərb dövlətlərinə təklif etmişdi. O vaxtlar bölgədə siyasi arxitektura tamam başqa vəziyyətdə idi. Digər tərəfdən, heç kəs bü risqli məkana hərbi cəhətdən gəlməyin sonaqədər təhlükələrini hesablaya bilmirdi. İndiki halda isə istər İran, istərsə də strateji planlar quran digər dövlətlər Xəzər hövzəsində, keçmiş sovet məkanında təhlükəsizlik prosesinə qoşulmağa canfəşanlıq edəcəklər. Rusiya Qafqazda müəyyən boşluqlar yaradır və yeni ssenarilər hazırlayır. İki xristian adasının ələ keçirilməsi Qafqazlarda kimlik məsələsini bütövlükdə həll etməyib. Kim-kimi sualının cavabı Azərbaycanın ələ keçirilməsi ilə başa çatacaqdır. Ona görə belə bir vacib hərbi-siyasi resursu ləğv etmək özünün manevr imkanlarını məhdudlaşdırmaq anlamına gələrdi.
Yekun olaraq, Bütöv Azərbaycanycanın siyasi müxalif kəsimi ölkəmizin xarici siyasət maraqları baxımından yaranmış şəraiti düzgün dəyərləndirərək “nota təqdimatı” arqumentinə deyil, milli mənafelərin güzəştsizliyinə daha çox aksent etməldir. Çünki bundan sonrakı dövrdə Qərb planlarına və Cənubi Qafqazın nüfuz zonalarının bölgüsünə yeni bir pəncərə açan iqtidarla eyni platformanı bölüşən antihakimiyyət qüvvələrinin mövcudluğu daxili separatizmə və qarşıdurmaya çalışanlara zərbə olardı.
Hazırki situasiya hamının mənafelərinə cavab verir. Prezidentin belə siyasi iradə nümayişi və sonadək prinsipial bir xətti ifadə etməsi təkcə hakim partiyanın və ya məhdud qrupun deyil, bütövlükdə xarici təsirlərdən azad olmaq tərəfdarlarının niyyətlərini tamamlayır. Lakin bundan qələbə və məğlubiyyət səhnəsinin yaradılması lüzumsuz əkshəmləyə yol açardı. Qarabağ elə bir məhək daşıdır ki, onun həlli reallaşmadan Rusiyanın obyekt bağlamasını bizimlə vidalaşmaq kimi dəyərləndirmək siyasi cinayətdir. Proseslər elə cərəyan edir ki, əlavə təzyiq silahları olmadan belə münaqişəni Ermənistanın vasitəsilə dondurub saxlamaq mümkündür. Ona görə də Qafqazlarda ənənəvi şəraitin dəyişməsini iddia etmək mümkün deyil.
Razılaşma və sülh istəyənlərin, şimalda qıcıq doğurmamaq tərəfdarlarının alternativ yol təklifinin mənası budur ki, stansiya dəyərsiz bir əşya kimi Rusiyanın sərəncamına verilməli, hər vəchlə qarşıdurmadan qaçılmalıydı. Danışıqların konfidensiallığını və ortada dövr edən şərtləri bilmədən belə qənaətlərə düşmək çox yanlışdır. Çünki Rusiyanın "gedişi" və gedişi heç vaxt birdəfəlik və birmənalı olmur. Qayıdışı gözləyənlərə tarix bir dərsdir. Rusiya həmişə xilaskar kimi gəlib, amma elə qalmayıb... Hansı üzlə getdiyini isə bircə özü bilir.