Bilal Dündar: “Zeynəb Xanlarovanın öldürüldüyünü eşitdik, toplandıq” - MÜSAHİBƏ
0
0
Türkiyə-Azərbaycan münasibətlərinə “Bir millət, iki dövlət” prizmasından yanaşılır. Bəs bu gün iki xalq və dövlət arasındakı münasibətləri necə xarakterizə etmək olar? Azərbaycanda səfərdə olan Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar Lent.az-a müsahibəsində Türkiyə-Azərbaycan münasibətləri, Türkiyədə Azərbaycan diasporunun fəaliyyəti, görülən işlər və çətinliklər barədə danışır…
- Türkiyə-Azərbaycan münasibətlərini necə xarakterizə etmək olar?
- Öncə onu deyim ki, iki vətənimiz var, biri Azərbaycan, biri Türkiyə! Azərbaycan mənim ata-baba yurdumdur, mən burada qonaq deyiləm. Türkiyə və Azərbaycanın dostluğu, qardaşlığı mübahisə mövzusu ola bilməz. Tarixin bütün dönəmlərində bu iki qardaş xalq və dövlət bir arada olub. Fransızlar, ingilislər, italyanlar, yunanlar Türkiyəni işğal etmək istəyərkən Azərbaycandan döyüşməyə gedənlərdən 1630 nəfər Çanaqqala döyüşlərində şəhid olub. Azərbaycandan bu insanlar qardaşlarının torpaqları işğal olunduğu üçün döyüşlərə atıldılar. 1918-ci ildə Azərbaycan Rusiya və ermənilərin istilası, ermənilərin törətdikləri soyqırımlarla üzləşdi. 3 ay sonra Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusu Azərbaycanı işğaldan, qardaşlarımızı qətliamdan qurtardı. Atatürkün rəhbərliyi ilə aparılan Qurtuluş Savaşı dönəmində işğal altındakı torpaqların azad edilməsi üçün Türkiyəyə ilk yardım edən ölkə də qardaş Azərbaycan olub. Həmin vaxt Azərbaycana Nəriman Nərimanov rəhbərlik edib. Atatürk Nəriman Nərimanova məktub yazaraq yardım istəyir. Azərbaycan 4 il 6 ay Türkiyədəki qardaşlarına neft və neft məhsulları göndərir. Eyni zamanda Azərbaycan xəzinəsindəki qızılları Rusiyaya verir, əvəzində Rusiyadan silah alaraq Türkiyəyə göndərir. Azərbaycanın bu addımından sonra digər türk cümhuriyyətləri də Türkiyəyə yardım etməyə başlayır. Mən həmişə köşə yazılarımda da qeyd edirəm ki, Azərbaycan və Türkiyədən hər hansı birinin əlinə əlinə batan tikən digərinin ürəyinə batır. Mustafa Kamal Atatürk də deyib ki, “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. Qurtuluş Savaşı illərində Azərbaycanın qız və gəlinləri Türkiyənin silah almasına yardım etmək üçün qulaqlarındakı sırğaya, barmaqlarındakı üzüyə qədər Türkiyə səfirliyinə təqdim ediblər. Atatürk Nəriman Nərimanova növbəti məktubunda yazır ki, “ən qısa zamanda borcunuzu ödəyəcəyik, sizə ürəkdən təşəkkür edirəm, verilən cavab bir qardaş cavabıdır”. Nəriman Nərimanov cavab məktubunda yazır ki, “qardaş Azərbaycan xalqı hər zaman sizin yanınızdadır, qardaşın qardaşa borcu olmaz, qardaş qardaşın əlindən tutar”.
- Azərbaycanın sovet Rusiyasının işğalı altında olduğu illərdə bu münasibət necə olub, dəyişibmi?
- Azərbaycan 70 il Rusiyanın işğalı altında qalıb. Mən bu dönəmlə bağlı təkcə bir məsələni qeyd etmək istəyirəm. 1964-cü ildə mən universitetdə tələbə idim. Türkiyədə belə bir xəbər yayıldı ki, Azərbaycanın xalq artisti Zeynəb Xanlarova ruslar tərəfindən öldürüb. Zeynəb Xanlarovanın öldürüldüyünü eşitdik, 1 saat ərzində 3 min tələbə toplandıq. SSRİ-nin səfirliyi qarşısına gəldik. Səfirliyə çürük almalar, yumurtalar atmağa başladıq. Səfirlikdə Azərbaycan ləhcəsi ilə türkcə çox gözəl danışan bir nəfər çıxdı, dedi ki, qardaş, siz yanlış iş görürsünüz, Zeynəb Xanlarova sağdır!
O aksiya zamanı səfirliyin pəncərələrinin şüşələri sındırıldı. Aradan 2-3 gün keçmişdi, “Milliyet”, “Hürriyet” və “Cümhuriyet” qəzetlərində SSRİ-nin Türkiyədəki səfirinin açıqlaması yayıldı. Səfir demişdi ki, “Zeynəb Xanlarova sevdiyimiz dəyərli xalq artistimizdir, sağdır, ona gözümüz kimi baxırıq, yanlış xəbərlərə kimsə inanmasın”.
Hökumətlər dəyişə bilər, amma xalqın sevgisini heç kim poza bilməz, bu dostluq davam edir. Türkiyədə Azərbaycanın yanında tək orada yaşayan Azərbaycan türkləri deyil, 70 milyon Azərbaycanın arxasındadır. Bir faktı xatırladım. Türkiyə ilə Ermənistan arasında sərhəd-keçid məntəqələrinin açılması ilə bağlı Sürixdə protokollar imzalanmışdı. Yer yerindən oynadı. O zaman olan Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının sədri olaraq mən Federasiyanın İdarə Heyətinin qərarı ilə 550 millət vəkilinə “Milli çağırış” müraciətini yazdım. O vaxt Türkiyə Böyük Millət Məclisinin sədri Göksal Toptanla, CHP sədri olan Dəniz Baykalla, MHP-nin deputat qrupunun rəhbəri ilə görüşdük. Onların hamısı dedilər ki, bu formada siyasətin həyata keçməsi mümkün deyil, Azərbaycanı incidəcək heç nə edə bilmərik. Televiziya proqramlarında çıxış etdik. Mən gördüm ki, o xalq Azərbaycanın yanındadır. Heydər Əliyevin dediyi kimi “Azərbaycan və Türkiyə bir millət, iki dövlət”-dir. Bu, münasibətləri çox dəqiq ifadə edir. Bu xalqın münasibətlərini pozmağa kimsənin gücü çatmaz. Amma münasibətləri inkişaf etdirmək üçün daha çox səy göstərməliyik. Ticarət dövriyyəmizi artırmalıyıq, sosial, mədəniyyət sahələrində çox işlər görməliyik, gördüyümüz işlər yetərli deyil.
- Münasibətlərin inkişaf etdirilməsi sahəsində son vaxtlar hansı işlər görülüb?
- 2011-ci ildə prezident İlham Əliyev çıxışında deyib ki, lazım gəlsə, pulumuzla xarici ölkələrin hamısında yerlər alıb, mədəniyyət evləri açmalıyıq. Mən Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının sədri olaraq bu sahədə görülən işin sevincini yaşayıram. Biz 2010-cu ildə Kocaelinin Kartepe bələdiyyəsinin sədri ilə mənim aramda bir protokol imzalandı. 5 hektar ərazidə Heydər Əliyev Parkı yaradılması, içərisində idman, voleybol meydançaları, park salınması barədə razılıq əldə etdik. Bu parkı 2010-cu ildə Dünya Azərbaycanlılarının Həmrəylik Günündə açdıq. 2011-ci ildə, Türkiyə Cümhuriyyətinin elan olunduğu 29 oktyabrda Derincedə çoxlu sayda insanın, media təmsilçilərinin iştirakı ilə 8 hektarlıq ərazidə Heydər Əliyev Mədəniyyət Parkını açdıq. Bu il, 10 gün əvvəl isə Xocaeli Böyükşehir Bələdiyyəsinin dəniz kənarında verdiyi 200 kv.m-lik binada Azərbaycan Mədəniyyət Mərkəzi kimi açılışını keçirdik. Tədbirə Türkiyənin ailə məsələləri ilə bağlı naziri Fatma Şahin, Kocaeli valisi, Kocaeli Böyükşehir Bələdiyyə sədri, Azərbaycandan Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov, sıx əməkdaşlıq etdiyimiz Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Dövlət Komitəsinin digər vəzifəli şəxsləri, telekanalların çəkiliş qrupları gəldilər. Açılış mərasimini Türkiyənin 12-yə qədər telekanalı da işıqlandırdı. Çox gözəl bir şəkildə Mədəniyyət Mərkəzini açdıq. Türkiyəli nazirlər çələnglər, təbrik məktubları göndərmişdilər. Mən başda vali, Kocaeli Böyük Şəhər Bələdiyyəsinin sədri olmaqla, Mədəniyyət Mərkəzinin açılmasında rolu olan hər kəsə təşəkkür edirəm. Kocaeli Böyük Şəhər Bələdiyyəsinin sədri İbrahim Karaosmanoğlu həm də Türk Dünyası Bələdiyyələri Birliyinin sədridir. O, mənim də məsləkdaşım, yaxın dostumdur. Valinin təlimatı təhsil idarəsi Kocaelinin rayonlarındakı təhsil şöbələrinə tapşırılıb ki, bütün şagirdlər Azərbaycana edilən zülmü görmək üçün Mədəniyyət Mərkəzinə, Soyqırım Muzeyinə ziyarətə gətirilsinlər.
- Mədəniyyət Mərkəzinin fəaliyyətə başlaması Azərbaycan həqiqətlərinin yayılmasında nə dərəcədə önəmli rol oynayacaq?
- Mədəniyyət Mərkəzi iki bölümdən ibarətdir. Bunlardan biri Heydər Əliyev adına kitabxanadır. Digər bölümə gəlincə, bu, Soyqırım Muzeyidir. Soyqrım Muzeyində Xocalı soyqırımı da daxil olmaqla, digər yerlərdə də rusların və ermənilərin birgə Azərbaycan xalqına qarşı törətdikləri qətliamların şəkillərini yerləşdirmişik. Mədəniyyət Mərkəzinin açılışı çox böyük hadisə oldu, artıq göndərilən e-maillərə, ünvanlanan suallara cavab verə bilməyəcək vəziyyətə gəldik. 6 gün ərzində 1040 nəfər Mədəniyyət Mərkəzini, xüsusən də Soyqırım Muzeyini ziyarət edib. Onlara izah edirik ki, bunlar Xocalıda Azərbaycan türklərinə qarşı törədilən soyqırımla bağlıdır. Göz yaşları içərisində dua edərək oradan ayrılırlar. Bu istiqamətdə çalışmağımız lazımdır. Çünki tarixdə nələrin olduğunu toplumun bir kəsimi bilmir, onları məlumatlandırmağımız lazımdır. Eyni zamanda müəyyən yerlərdə bu barədə danışmaq, xalqın içinə getmək lazımdır.
Bu işlərdə Azərbaycan dövlətinin dəstəyini görürük, Diasporla İş üzrə Dövlət Komitəsi ilə sıx əməkdaşlıq edirik. Biz gördüyümüz işlərlə kifayətlənmirik. Əl-ələ verərək iki dosta, qardaşa yaraşan şəkildə əməkdaşlıq etməliyik. Heydər Əliyev tək Azərbaycanın deyil, Türk Dünyasının bir lideridir. Biz də buna görə Türkiyədə Heydər Əliyev Parkı, Heydər Əliyev Kitabxanası açırıq. Biz keçmişimizə sahib çıxaraq gələcəkdə də çox möhkəm, sarsılmaz addımlar atacağıq. Bu gün Azərbaycan Qafqazın parlayan ulduzudur, sürətlə problemləri aradan qaldırmaqda, demokratiya yolunda irəliləməkdədir. Mən 1991-ci ildə Azərbaycana gəlmişdim, Azərbaycanda heç n yox idi. Büdcəsi 150 milyon dolları keçmirdi. Bu gün Azərbaycan Silahlı Qüvvələrinin büdcəsi Ermənistanın dövlət büdcəsindən çoxdur. Hər tərəf parlayır, insanların üzü gülür, gələcəyə ümid var. Türkiyədə minlərlə azərbaycanlı gənc təhsil alır. Türkiyədən 8 min gənc təhsil almaq üçün Azərbaycana gəlib. Bizim “Bir millət, iki dövlət” olmağımızın qiymətini bilməyimiz lazımdır.
- Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası bu il ərzində başqa hansı işlər görüb?
- 3 ay əvvəl Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası olaraq Türkiyə parlamentini ziyarət etdik. Parlamentin sədri Cəmil Çiçəklə 45 dəqiqə davam edən görüşümüz oldu. Həmin gün CHP-nin baş katibi Adnan Kəskin, partiyanın Kocaeli millət vəkili professor Xurşid Güneşlə, MHP-nin deputat qrupunun rəhbəri Oktay Vuralla, hakim partiya olan AKP-nin deputat qrupunun rəhbərinin müavini Mahir Aydınla görüşük. Eyni zamanda Türkiyə-Azərbaycan Dostluq Qrupunun üzvləri ilə bir araya gəldik. Bu görüşləri keçirməkdə məqsədimiz bəlli idi. Bu görüşlərdə onlardan Xocalı soyqırımın Türkiyə parlamentində qəbul edilməsini xahiş etdik. Onu da deyim ki, 1915-ci ildə savaş dönəmində erməni vətəndaşlarımız fransızların, ingilislərin, rusların təhriki ilə Türkiyəni arxadan vurublar. Qarsda, Ərzurumda, Ağrıda 110 min insanımızı qətlə yetiriblər. Bunu atalarımızdan, nənələrimizdən, o zülmü yaşayan insanlarımızdan eşitdik. O zaman ermənilərin başqa vilayətlərə köçürülməsi ilə bağlı qərar verilib. Yollarda xəstəlik səbəbindən bir çox insan həyatını itirib, bunu gizlətməyə də gərək yoxdur. İndi dünya kor gözlə baxıb, kar qulaqla dinləməsin. 1915-ci il olaylarını 1964-cü ilə qədər nə yada salan, nə bu barədə danışan vardı. 1964-cü ildə birdən-birə erməni diasporu dünya ölkələrində başladı ki, türklər erməniləri “soyqırım”a məruz qoyublar. Əslində burada soyqırımdan söhbət gedə bilməz, savaş halında hər iki tərəfdən, o cümlədən köçürülmə prosesi zamanı itkilər olub. Türklər heç vaxt tarixdə soyqırım törətməyiblər. Osmanlı imperiyasının mövcud olduğu 600 il ərzində bu imperiyanın tərkibində olan Bolqarıstandan, Rumıniyadan tutmuş Orta Şərq ölkələrinə qədər bu yerdə yaşayan xalqların nə dilinə, nə dininə müdaxilə edilib. Atatürk demiş, “Yurdda sülh, cahanda sülh” prinsipi ilə yaşamışıq. AKP, CHP və MHP təmsilçiləri bizə bildirdilər ki, dünyada bir çox dövlətlərin parlamentlər qondarma “erməni soyqırımı”-nı qəbul edib. Türkiyə parlamenti də bir sıra ölkələrin parlamentlərində qəbul edilmiş qərarların əhəmiyyətsiz olduğunu vurğulamaq üçün 2005-ci ildə qərar qəbul edib. Həmin qərarda qeyd olunur ki, ölkələrin tarixi olaylarla bağlı qəbul etdikləri qərarlar əsas sayıla bilməz. AKP, CHP və MHP təmsilçiləri bizə bildirdilər ki, belə bir qərar qəbul etdikləri üçün parlamentdə Xocalı soyqırımının tanınması barədə qərar qəbul edə bilməzlər. Bu partiyaların təmsilçiləri və Cəmil Çiçək də bizə dedi ki, deputat qrupunun qərarı olmadan millət vəkillərindən xahiş edəcəyik ki, Xocalıda törədilən vəhşiliklərin soyqırım olduğunu dilə gətirsinlər.
- Yeri gəlmişkən, Türkiyə Böyük Millət Məclisinin (TBMM) Milliyyətçi Hərəkat Partiyasından olan üzvü Sinan Oğan bu günlərdə müsahibəsində deyib ki, keçən il Xocalı soyqırımının müzakirəsi zamanı Azərbaycan diaspora qurumlarının nümayəndələrini dəvət edib, deyib ki, Türkiyə Böyük Millət Məclisi hər kəsə açıqdır, hər kəs gəlib burada öz sözünü deyə bilər. O bildirir ki, heç olmasa gəlib tamaşaçı kimi iştirak eləyə bilərdilər, ancaq Türkiyədən bir nəfər də diaspora təmsilçisi gəlib parlamentdə iştirak etmədi ki, görüm bunlar nə iş görür...
- Sinan Oğan Azərbaycan türküdür, Türkiyə Böyük Millət Məclisində olmasından da qürur duyuram. Hər kəs də Sinan Oğana dəstək olur. Sinan Oğana təşəkkür edirəm, biz Türkiyə parlamentinə gedən zaman həm partiya təmsilçiləri, həm Türkiyə-Azərbaycan Dostluq Qrupunun üzvləri ilə görüşlərdə yanımızda idi. Hətta AKP təmsilçiləri lə görüşdə Sinan Oğana dedilər ki, gəlmişkən getmə, bizim partiyada qal. Sinan Oğan sevdiyimiz qardaşımız, yaxşı bir insandır. Bəlkə ortada səhv bir anlama var. Sinan Oğan hər toplantımızda yanımızda yer alır. Zənn edirəm ki, o, daha çox çalışmağımız üçün daxilindən gələn duyğunu ifadə edib. Sinan Oğan bütün çıxışlarında “Azərbaycan” deyir, başqa bir söz demir. Səhv anlama olub, biz Sinan Oğanla birgəyik və bərabər olacağıq. Gələn il fevralın 26-da da Türkiyə parlamentinə gedəcəyik, Sinan Oğan da yanımızda olacaq. Sinan Oğan diaspor adamıdır, yanlışa yol verməz. Yanlışa yol verməyəcəyini də bilir və inanıram.
- Yeri gəlmişkən, Türkiyə-Ermənistan sərhədlərinin açılmasını nəzərdə tutan Sürix protokolları parlamentin gündəliyindən çıxarılmayıb, 200 sənəd arasında o da var. Sinan Oğan da bunu təhlükəli məqam kimi qabardır. Siz bu barədə nə düşünürsünüz?
- Öncə onu deyim ki, bütün dünya bilsin ki, Ermənistan Azərbaycan torpaqlarını işğaldan azad etməyində Türkiyə sərhədləri açmayacaq. Qarabağ Azərbaycandır. Azərbaycan bəlkə yaxın vaxtlarda, bəlkə də bir neçə il sonra torpaqlarını azad edəcək, heç bir güc bunun qarşısını ala bilməz. Digər tərəfdən, Türkiyədə hansı hökumət olursa olsun, kim hakimiyyətə gəlsə xalqın istəmədiyi bu qərarı qəbul edə bilməz. Heç bir hökumət Türkiyə Azərbaycan torpaqları azad edilmədən, Qarabağ münaqişəsi həllini tapmadan Ermənistanla sərhədləri aça bilməz. Ancaq qardaş Azərbaycan xalqının da bir məsələni nəzərə alması lazımdır. Türkiyədə Azərbaycanı incidəcək bir qərar qəbul edilə bilməz, xalq ayağa durar. ABŞ-ın təzyiqi ilə Sürix protokolları imzalanmışdı. Həmin vaxt Kocaelidə 43 QHT bir araya gəldi. Bəyan edildi ki, Azərbaycanı incidək addımı Türkiyədə heç bir hökumət ata bilməz. Təkcə Kocaelidə deyil, Türkiyənin hər tərəfindən bu bəyanatlar səsləndi. Ancaq içərimizdə xain yoxdurmu? Azərbaycanda da, Türkiyədə də belələri var. Amma bu xainlərə rəğmən, bu dostluq zərər görməyəcək. Azərbaycan torpaqları işğaldan azad edilməyənə qədər o sərhəd açılmayacaq.
Bir məqamı da deyim. Türklərin soyqırım törətdiyini iddia edirlər, həm də bu gün 100 mindən çox Ermənistan vətəndaşı İstanbulda işləyir, ailələrinin dolanışığını təmin edirlər. Bu, necə olur?! Çünki biz türklər heç vaxt soyqırım törətməmişik, bunu onlar da bilirlər. Sadə ermənilərdən də soruşanda deyirlər ki, soyqırım olmayıb, onların türklərlə problemi yoxdur, sadəcə, diaspor bunu irəli sürərək bundan yararlanır...
Ramiz Mikayıloğlu