Vurğun Əyyub: “Bunu biləndə çox xəcalət çəkirəm…” - SÖHBƏT
Dörd qadın birləşib, bir qadın klubu yaratdıq. Klubumuz fərqli layihələr təqdim edəcək. İlk layihəmiz klubumuza məşhur kişiləri dəvət edib, müxtəlif mövzularda söhbət etməkdir.
Klubumuzun üzvləri:
İradə Tuncay – publisist
Günel Mövlud – yazar
Xalisə Şahverdi – hüquqşünas
Aygün Aslanlı – kinoşünas
Obrazlarımız:
İradə Tuncay – təmkinli, ziyalı xanım
Günel Mövlud – romantik solçu
Xalisə Şahverdi – realist iş adamı
Aygün Aslanlı – melanxolik ziyalı
«Qadın klubu»nun budəfəki qonağı hazırda Müsavat Partiyasının Divan üzvü, Türkiyənin Qars vilayətində yaşayıb, pedaqoji fəaliyyətlə məşğul olan ziyalımız Vurğun Əyyubdur.
Tanıdığımız qədərilə, Vurğun bəy söhbətə, müsahibəyə o qədər də həvəsli adam deyil. Amma klubumuzun üzvlərindən olan İradə xanımla və onun həyat yoldaşı Aqil Abbasla yaxın dost olduqlarından, «Qadın klubu»na gəlməyə tez razılaşdı. Təbii ki, İradə xanımın bilavasitə təklif və təkidi sayəsində.
Vurğun bəyin maraqlı persona olduğunu hamımız bilsək də, qonağımız dörd qadını bir yerdə görüb, elə ilk dəqiqələrdən çəkindi. Qadın klubunu siyasət meydanı ilə dəyişik salıb, özünü «ifşa» etməmək üçün bütün strateji gedişləri elədi və axırda heç bir qonağımıza müyəssər olmayan kimi, sudan quru çıxa bildi.
Xalisə Şahverdi:
- Vurğun bəy, qürbət necə yerdi?
- Qürbət elə yerdi ki, hər dəqiqə səni vətəni yada salmağa məcbur eləyir.
Aygün Aslanlı:
- Amma mən biləni ora elə «qürbət»di ki, azərbaycanlılar türklərdən çoxdu.
- Qarsda əhalinin otuz faizdən çoxunu azərbaycanlılar təşkil eləyir. Həmişə deyirəm ki, Qars Azərbaycanda Gədəbəy, Yardımlı kimi bir yerdi. Amma şəraitini, imkanları nəzərə alanda, Azərbaycanı yada salmamaq olmur. Bu yaxınlarda bir xəstəxana təhvil verdilər. İçərisində bələdçi olmasa, adam azar. Doqquz professor çalışır o xəstəxanada, bizim hansı rayonumuzdakı xəstəxanada doqquz professor işləyir? Ötən qış elə oldu ki, şaxta qırx dərəcəyə qalxdı. Biz o şaxtada belə bir dəfə nəqliyyat, elektrik problemi yaşamadıq. Bir sözlə, bu cür eybəcər bir ölkədən uzaqda yaşamaq doğrudan da, çətindi.
Günel:
- Neçə ildi ordasınız?
- İki ili tamam olur.
Günel:
- Qayıtmaq fikriniz yoxdur?
- Məni acından öldürmək istəyirsiniz?
Günel:
- Doğrundanmı burada vəziyyət elədir ki, ziyalı acından ölə bilər?
- Ziyalıları deyə bilmərəm, amma mənim üçün vəziyyət belədir. 17 il universitet nədir, akademiyada da mənə işləməyə imkan vermədilər. Orada da tələbə yox idi ki, onları siyasi söhbətlərlə yoldan çıxarım...
Günel:
- Hansısa əyalətdə müəllim də işləmək imkanınız yox idi?
- Yoldaşım müəllimədi, on üç il də onu işsiz qoydular. Mən heç vaxt bu barədə danışmamışam, amma reallıq budu. Günel Mövlud qədər də zəhmətkeş adam deyiləm ki, on-on beş yerə yazıb, qonorarla dolanım. Mən o qədər yaza bilmərəm, yazı yazmaq mənim üçün əzabdı.
Aygün:
- Vurğun bəy, çox kövrək görünüşünüz var. Həmişə beləsiz?
- Görünüşüm budu, necə varamsa, eləyəm.
Aygün:
- Bizim dəfələrlə siyasətçi qonağımız olub, amma heç birini sizin kimi görməmişik.
- Səninlə bircə dəfə görüşmüşük, onda da bərk mübahisə eləmişik. Yəqin yadında elə qalmışam deyə, sənə qəribə gəlir.
Xalisə:
- Burdakı prosesləri izləyirsinizmi?
Günel:
- Vurğun bəy bütün günü «feysbuk»da olur, təbii ki, izləyir.
- «Feysbuk»da yaşıl işığı yanmaq, «feysbuk»da olmaq deyil. Hərdən görürəm ki, qızımın bütün günü yaşıl işığı yanır. Soruşuram ki, a qızım, sənin başqa işin-gücün yoxdumu? Deyir, çatı açıq qoyub, başqa işlərlə məşğul oluram, elə bilirsiniz, bütün günü oradayam. Mən də çox vaxt çatı açıq qoyub, dərsə girirəm, elə bilirsiniz ki, oradayam.
Xalisə:
- Bəy, sizdəmi elə düşünürsünüz ki, İsa Qəmbər getməlidi?
- Əvvəl-axır hamı getməlidi. Təbii ki, nizamnamənin tələbi var. İsa bəyin nə qədər qaydalara hörmət edən adam olduğunu bildiyim üçün, bunu da bilirəm ki, o da nizamnaməyə əməl etmək istəyir. Amma indi elə bir vəziyyət var ki, bu halda onun getməyi siyasi səhnədən getməyi olardı.
Xalisə:
- Bildiyim qədərilə, siz Qubad İbadoğlunun namizədliyini dəstəkləyirsiniz.
- Mən bu barədə mövqeyimi demişəm. Qurultayda da deyəcəm.
Xalisə:
- Amma mən bildiyim qədərilə, partiyada Arif Hacılının namizədliyini daha çox dəstəkləyirlər.
- Yəqin siz partiyada Arif Hacılının namizədliyini dəstəkləyən adamlarla ünsiyyətdə olursunuz, məsələn, Günel də başqa adamın namizədliyini dəstəkləyən adamlarla ünsiyyətdə olur.
Xalisə:
- Başqa ölkədə yaşaya-yaşaya necə Müsavatın Divan üzvü kimi qala bilirsiniz?
- Açığı, mən qərarların qəbulunda iştirak etmədən Divan üzvü kimi qalmağı özümə sığışdırmıram. İki il əvvəl, ölkədən gedəndə çıxmaq istədim. Amma gördüm ki, bu addımım bir çox söz-söhbətlərə səbəb olacaq. Xahiş elədilər ki, Divan üzvü olaraq qalım. Mən də qaldım. Amma mühüm sənədləri, qərarları mənə də göndərirlər və hamısına baxıram.
Xalisə:
- Özünüzü gələcəkdə, məsələn, 2015-dəki parlament seçkilərində Azərbaycan siyasətində görürsünüzmü?
- Mənim özümü gələcək siyasətdə görüb-görməməyim elə də vacib deyil, əsas odu ki, başqaları məni görürmü? Başqalarının məni görüb-görmədiyini özümün deməyim isə qeyri-etik olar.
Günel:
- Nədənsə mənə elə gəlir ki, sizin Qarsa getməyiniz maddi sıxıntılarla bağlı deyil. Elə bil partiyadan, cəbhə yoldaşlarınızdan, ümumiyyətlə, siyasətdən bir incikliyiniz var.
- Təəssüf eləyirəm ki, belə düşünən təkcə sən deyilsən.
Günel:
- Təəssüf öz yerində, belədir, yoxsa belə deyil?
- Qətiyyən elə deyil. Bu sırf maddi problemlərlə bağlıdı. 17 il dözdüm bu sıxıntıya. Amma hər şeyin bir həddi var axı.
Xalisə:
- İçinizdə nəsə bir peşmançılıq var buna görə?
- Heç vaxt, heç nəyə görə peşman olmamışam. Nəyinsə peşmançılığın çəkdiyim yadıma gəlmir. Bəlkə də şəxsi məsələlərdə ola bilər, amma ictimai-siyasi məsələlərdə yox. Demirəm ki, səhv eləməmişəm. İnsanın heç vaxt səhv eləməməyi mümkün deyil. Amma vacib bir xətt, bir yol var ki, orada səhv eləmək olmaz. «Magistral yol»a aparan cığırlarda səhv eləmək mümkündü və səhvlər olur da. Amma o əsas yolda səhv eləmək olmaz. Çox heyfsilənirəm ki, bəzi dostlarım da tez-tez mənə irad tuturlar: «Bəsdi də, çox təmiz olmaq nəyə lazımdı?», «Vuruşmaq, mübarizə aparmaq nəyə lazımdı?», «Hamı kimi ol, qurtarsın getsin»...
Aygün:
- Yox, mən belə fikirləşmirəm, məncə prinsipiallıq məsələsində siz düz eləyirsiz.
- Heyf ki, sizinlə hələ dost olmamışam...
Günel:
- Vurğun bəy, mən iki siyasətçi tanıyıram ki, onların əslində siyasət üçün deyil, daha yaradıcı, daha az taktika tələb edən işlərlə məşğul olmalı olduğunu düşünürəm: İsa Qəmbər və Siz. Məncə, ikinizin siyasətdə rastlaşdığınız uğursuzluqların səbəbi əsl siyasətçiyə xas olan «keyfiyyətlər»ə sahib ola bilməməyinizdi.
- Mən İsa bəylə özümün hansısa uğursuzluqlarla rastlaşdığımızı düşünmürəm. Ortada bir uğursuzluq varsa, ona da təkcə İsa bəylə mən deyil, bütün Azərbaycan düçar olub. Bir də ki, sizin uğursuzluq hesab elədiyiniz şey, bizim üçün uğur da ola bilər. İsa bəyə gəlincə, məncə, yaxın iyirmi-otuz ildə Azərbaycanda İsa Qəmbər qədər uğurlu siyasətçi olmayacaq. Sadəcə, vəziyyət elə gətirib ki, o qədər potensiala sahib olan adam öz gücünü ölkəsinə, xalqına sərf edə bilmir. Düzdü, bəlkə onun da günahı var, amma maraqlıdı ki, bu şeyləri İsa bəy barədə deyən adamların əksəriyyəti vəziyyəti bu yerə gətirən qüvvələri bir kənara buraxıb, onunla mübarizə aparanların üstünə düşüb.
Günel:
- Qarsda ən çox kimdən, nədən ötrü darıxırsınız?
- Qarsda səhər saat yeddinin yarısı yuxudan oyanıram. Hazırlaşıram, səkkizin yarısında dayanacaqda oluram ki, universitetin xidməti avtobusuna minib, işə gedim. Axşam saat beşdə işim qurtarır. O vaxt könlümə düşür ki, Qubad İbadoğlu yanımda ola, oturaq çay içək, söhbət eləyək. Amma nə Qubad İbadoğlu olur, nə də çay.
Günel:
- Qars kifayət qədər darıxdırıcı şəhərdir. Əyləncəsi yox, məşğuliyyəti yox. Darıxmırsınız?
- Desəm ki, darıxıram, gəlib orada əyləncə təşkil etməyəcəksiniz ki? Buna görə də şikayətlənməyin bir adı yoxdur.
İradə Tuncay:
- Vurğun bəy, niyə xanımlar sizi belə çox istəyir?
- Vallah, əgər xanımlar məni çox istəyirsə, bunun səbəbini onların özündən soruşun. Mən ancaq qadınlara çox hörmət elədiyimi, onları çox sevdiyimi deyə bilərəm. Həmişə də onları incidəcəyimdən çox qorxuram.
Günel:
- İncitdiyiniz xanımlar olub?
- Əlbəttə, olub. Amma həmin vaxt incitdiyimi bilməmişəm. Bilsəm, incitməzdim.
Günel:
- Bəs, biləndə ki, xətrinə dəymisiniz, neynirsiz?
- Çox xəcalət çəkirəm.
Günel:
- Vurğun bəy, bu düzdürmü ki, siz TQDK-nın ilk sədri olanda, bacınızı imtahana buraxmamısınız?
- Hə, biz beş bacı-qardaşıq. İki qardaş, iki bacı ali təhsil almışıq. O bacım isə beşinci, sonbeşiyimizdi. İmtahan vaxtı anam xahiş elədi ki, onu birtəhər keçirim. Dedim ki, o ümumiyyətlə, sənəd verməsin, çünki savadı yoxdu. Anam da əvvəl bir az incidi, sonra başa düşdü ki, mən haqlıyam.
Günel:
- Yəni, bu qədər prinsipial məsələ idi?
- Mən hər məsələdə prinsipialam.

12647