"Ona de bizi tez qovuşdursun"  - Bu günə toyu salınan şəhidin nişanlısından təsirli sözlər
11 oktyabr 2022 11:38 (UTC +04:00)

"Ona de bizi tez qovuşdursun" - Bu günə toyu salınan şəhidin nişanlısından təsirli sözlər

12 sentyabrda şəhid olan baş leytenant Nəcəfzadə Hüseyn Abbasqulu oğlunun bu gün toyu olacaqdı. 

Amma...

Xatırladaq ki, Kəlbəcərdə şəhid olan Hüseyn Nəcəfzadə nişanlı idi və hətta nikahı da olmuşdu. Atası toy üçün şadlıq sarayı danışıb qayıdanda oğlunun şəhid xəbərinia lmışdı. Nişanlısının isə bu xəbəri alanda ayaqları tutulub.

Toyları bu gün olacaqdı... Şəhidin nişanlısı Atlas yazır:

Şəhidin nişanlısı

“Mənim cənnət igidim, axı biz belə danışmamışdıq. Hər bir qızın xəyalı olan ağ gəlinliyi geyinəcəkdim, sən isə əlində gül içəri girəcəkdin. O vağzalı çalınacaqdı. Elə pisdir ki, bu günü sənsiz yaşamaq. Hər gün daha çox anlayıram ki, yoxsan. Məni əzizləyən, qayğıma qalan o insan mərd oğul yoxdur. Həmişə, hər an güclü olmuşam. Amma bu an istəmirəm, istədiyim sənə qovuşmaqdır. 

Yuxuma gəlmişdin. Deyirdin ki, mən sağam, ölməmişəm. Bilirım, o ruhunla deyirdin səni sevirəm. İndi o ruhun görür məni.  Ona de ki, bizi tez qovuşdursun. Çünki sənsiz dünyanı istəmirəm. Hə gün yuxuma gəl, nə olar. Ölürəm sənsiz, cənnət igidim. Ömrümdə nə qədər nəfəs var hər gün gələcəm səni görməyə. Cənnət qoxulum, rahat ol. Həmişəki kimi yenə qovuşmağımızı gözləyəcəm. Bax o gündür bizim toyumuz".

Qeyd edək ki, 11 oktyabr həm də şəhidin ad günüdü. Bu gün onun 25 yaşı olacaqdı…


İki dünya arasındakı sevgilirən adı nakam olurmuş...

“Sənli günlərim üçün elə darıxmışam ki. Niyə nakam qaldıq? O taxdığın nişan üzüyümü ömrümün sonuna qədər barmağımda daşıyacam. Sənsiz dünya çox pisdi”.

 

Nişanlarından görüntülər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7863
avatar

Aytəkin Cəlali

Oxşar yazılar