Yod nədir və ona gündəlik tələbat nə qədər olmalıdır?
Lent.az TRT-yə istinadən xəbər verir ki, orqanizm tərəfindən istehsal oluna bilməyən yod qida ilə xaricdən qəbul edilir. Xüsusilə doğulmamış körpənin belə inkişafında mühüm rolu olan yod həyatın bütün dövrlərində sağlamlıq üçün əvəzsiz qida mənbəyidir. Gündəlik tələb olunan yod miqdarı yaşa və metabolik ehtiyaclara görə dəyişir. Dəniz məhsulları yaxşı yod mənbəyi olsa da, yumurta, ət və süd məhsullarında da yod vardır.
Yodun bədəndə hansı funksiyaları var?
Yod qalxanabənzər vəzi hormonunun istehsalında, ana bətnində körpənin və yeni doğulmuş uşağın inkişafında mühüm element olmaqla hər yaşda sağlağa faydalı maddədir.
Yoda gündəlik tələbat nə qədərdir?
Gündəlik tələb olunan yod miqdarı yaşa və ehtiyaclara görə dəyişir. Ancaq Ümumdünya Səhiyyə Təşkilatının müəyyən etdiyi rəqəmlər belədir:
59 aya qədər körpələr sutkada 90 mikroqram,
6-12 yaş arasında uşaqlar bir gündə 120 mikroqram,
12 yaşdan yuxarı uşaqlar gün ərzində 150 mikroqram,
yeniyetmələr və böyüklər hər gün 150 mikroqram,
Hamilə və əmizdirən qadınlar isə gün boyu 250 mikroqram yod qəbul etməlidir.
Yod çatışmazlığının əlamətləri hansılardır?
• Zob yod çatışmazlığının ümumi simptomudur. Qalxanabənzər vəzin yod çatışmazlığı səbəbindən tiroid hormonlarını istehsal etməkdə çətinlik çəkdiyi zaman zob baş verir.
• Tiroid hormonları qadınlarda menstruasiya dövrünün tənzimlənməsinə təsir etdiyi üçün yod çatışmazlığı olan qadınlarda bu dövr ağır və ya nizamsız ola bilir.
• Tiroid hormonu aşağı olduqda maddələr mübadiləsi yavaşlayır, çəki artımı ən çox edilən şikayətlərdən biri olur.
• Zəiflik, dəri quruluğu, saç tökülməsi, dərinin qalınlaşması, qəbizlik, üşütmə, saç və dırnaqların qırılması, aybaşı dövrünün pozulması, unutqanlıq zamanla baş verən şikayətlər arasındadır.
• Daha inkişaf etmiş hallarda konsentrasiyada çətinlik, depressiya, əhval dəyişikliyi, ürək və ağciyər çatışmazlığı yaranır.
• Yod çatışmazlığının qadınlarda uzun müddətli təsirlərindən biri sonsuzluqdur.
• Halsızlıq yod çatışmazlığının ən mühüm göstəricilərindən biridir.
Yodun artıq olmasının zərərləri nələrdir?
Yod çox vacib olsa da, həddindən artıq qəbulundan çəkinmək lazımdır. Xüsusilə hipertiroid adlanan, qalxanabənzər vəzinin sürətlə işlədiyi dövrlərdə hormon istehsalının artmasının qarşısını almaq üçün həkim tərəfindən yod qəbulu dayandırıla bilər. Bəzən həddindən artıq yod qəbulu qalxanabənzər vəzi düyünləri olan xəstələrin düyünlərinin aktivləşməsinə və artıq hormon ifrazına səbəb olur.
Yod hansı qidalarda olur?
Yod orqanizm tərəfindən istehsal oluna bilməyən bir element olduğundan xaricdən qəbul edilməlidir.
Dəniz məhsulları yaxşı yod mənbəyidir.
Tərkibindəki yod əksər dəniz məhsullarından aşağı olsa da, yumurta, ət və süd məhsulları əksər bitki mənşəli qidalara nisbətən yodla zəngindir.
Əsas mənbə yodlaşdırılmış təmizlənmiş duzdur. Həkim tərəfindən təyin edilən başqa hal yoxdursa, yodlaşdırılmış təmizlənmiş duzdan istifadə edilməlidir.
Yod çatışmazlığının profilaktik müalicəsi qida ilə kifayət qədər yod qəbulundan başlayır. Bunun üçün çox miqdarda duz istifadə etməyə ehtiyac yoxdur. Gündə 2 qram yodlaşdırılmış duz ehtiyacı ödəmək üçün kifayətdir.
Əlavə qidalanmaya başlama dövründə olan körpələrdə yetərli yod qəbulunu təmin etmək üçün evdə hazırlanan və bazarda satılan qidalarda mütləq yod olub-olmadığına diqqət edin.
Yodun ümumi pəhriz mənbələri bunlardır:
• yodlaşdırılmış rafine xörək duzu,
• pendir,
• duzlu su balığı,
• inək südü,
• yumurta,
• qatıq,
• soya südü,
• soya sousu.
Yod qəbulu yalnız tiroid bezinin sürətli işləməsi və ya iltihablı hücumlarla xarakterizə olunan bəzi xəstəliklərdə həkimlər tərəfindən məhdudlaşdırıla bilər. Məsələn, Qraves xəstəliyi, Haşimoto tiroid xəstəliyi, əlavə hormon terapiyası görməyənlər, isti düyünləri olan adamların həddindən artıq yod qəbul etməsi və ya yodlaşdırılmış duzdan istifadə etməsi təhlükəlidir. Onlar yodlaşdırılmamış xörək duzundan istifadə etməlidir.
Yetərli yod qəbulu körpəlikdən ömrün sonunadək zehni və fiziki inkişafı üçün həyati əhəmiyyət kəsb edir.
Yod çatışmazlığı sidik testi ilə müəyyən edilə bilir.
Yetkinlərdə yod çatışmazlığı erkən mərhələdə özünü əlamətlərlə göstərmir. Üstəlik, fiziki müayinə ilə çatışmazlıq olub-olmadığını müəyyən etmək olmaz. Orqanizmdə yodun vəziyyətini qiymətləndirmək üçün ən praktik üsul sidikdə yodun yodun səviyyəsinin ölçülməsidir.
Yod əlavəsinə həkim qərar verməlidir.
İstəkli dinləyicilər, bu gün sizə “Yodun faydaları və zərəri”ndən danışdıq. Mətni doktor Mehmet Uçar hazırlamışdı, mən Sevda Mirzə oxuyub təqdim etdim.