Yayda günə  3 litr su   İÇİN
21 iyun 2023 11:28 (UTC +04:00)

Yayda günə 3 litr su İÇİN

Yay aylarının gəlişi ilə havanın temperaturu günü-gündən yüksəlir. Temperaturun artması ilə bədənin maye qəbuluna ehtiyacı da artır. Bu səbəbdən gündəlik su istehlakının əhəmiyyəti artır.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, mütəxəssislər gündə 3 litr su istehlak edilməli olduğumuzu vurğulayıblar.

Dietoloq Gülben Uç “Gündə orta hesabla 3 litr su istehlak etməliyik. Xüsusilə yüksək kalorili, şəkərli və turşulu içkilər yerinə evdə hazırlanmış soyuq içkilərə və meyvə şirələrinə üstünlük verilməlidir" - deyə bildirib.

Havaların istiləşməsi ilə birlikdə dietoloq Gülben Uç sağlam qidalanma və su istehlakı haqqında məlumat verib.

Yayda ən çox rast gəlinən problemlərdən biri yeməkdən imtina etməkdir. Çox isti temperaturda iştahsızlıq ilə yeməklərin atlanması halında qan şəkəri balanssızlığı meydana gəlir. Daha sonra kalorili qidalara meyl artır. Bu vəziyyətdə günə yulaflı qidalar, süd və ya meyvələrlə başlaya bilərsiniz. Nahar və şam yeməyində təzə salatlara üstünlük verə bilərik. Biz onlara bitki və heyvan mənşəli protein mənbələrini də əlavə edib daha da zənginləşdirmək mümkün olar. Xüsusilə bu dövrdə balıq yeyə bilməyənlər üçün zəngin Omeqa 3 qaynağı olan semizotu istehlakı da əhəmiyyət qazanır.

Yay meyvələrini istehlak edərkən diqqətli olunması lazım olduğuna işarə edən Uç, “Bunun artıqlığının yağ olaraq yığıldığını unutmaq olmaz. Gündə maksimum 2-3 porsiya meyvə istehlak edilməlidir. İstilik ilə gələn hərəkət məhdudiyyəti var. Belə olan halda, xüsusilə axşam yeməyindən sonra 30 dəqiqəlik gəzinti ilə aktivlik təmin edilməlidir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2163

Oxşar yazılar