ÜST ən məşhur brendin içkisində xərçəng törədən maddə AŞKARLADI
01 iyul 2023 16:45 (UTC +04:00)

ÜST ən məşhur brendin içkisində xərçəng törədən maddə AŞKARLADI

Ümumdünya Səhiyyə Təşkilatının Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyi (IARC) dadlandırıcı "aspartam"ın xərçəngə səbəb ola biləcəyini açıqlayıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, aspartam digər şeylərlə yanaşı, "Coca-Cola", pəhriz içkiləri və "Mars Extra" saqqızında süni dadlandırıcı kimi istifadə olunur.

ÜST-ün Qida Əlavələri üzrə Birgə Ekspert Komitəsi (JECFA) 1981-ci ildə qərar verib ki, aspartam gündəlik lazım olan miqdarda istehlak edildikdə təhlükəsizdir. Bu həddi aşmaq üçün bir yetkin 36 qutuya qədər aspartam sərinləşdirici içki içməlidir.

"Coca-Cola" və "Pepsico"nun daxil olduğu Beynəlxalq Şirinləşdiricilər Assosiasiyası (ISA) IARC-lərin istehlakçıları çaşdırması ilə bağlı "ciddi narahatlıqlarının" olduğunu söyləyib.

"IARC qida təhlükəsizliyi orqanı deyil və onların aspartamla bağlı araşdırması elmi cəhətdən əhatəli deyil. Geniş şəkildə nüfuzdan düşmüş tədqiqatlara əsaslanır", deyə ISA-nın baş katibi bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5232
avatar

Fidan İlqar

Oxşar yazılar