Lent.az-ın "Bir sual, bir cavab" rubrikasında növbəti mövzusu uşağın inkişafının gecikməsinə səbəb olan amillərdir.
Mərkəzi sinir sisteminin zədələnməsi baş beynin və onurğa beyninin formalaşdığı bətndaxili inkişafdan başlayaraq uşağın inkişafının müxtəlif dövrlərində yarana bilər. Doğulduqdan sonra uşaqlarda nevroloji xəstəliklərin əsas səbəbləri kimi kəskin və xroniki stres, infeksiya, travma, törəmələr və s. göstərmək olar.
Maraqlıdır, uşağın inkişafının gecikməsinə səbəb olan amillər nələrdir?
Lent.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-pediatr Leyla Rəhimova danışıb.
O, inkişaf gecikməsinə səbəb olan amilləri sadalayıb:
Bunlardır:
- ananın xroniki xəstəlikləri;
- hamiləlik zamanı alkoqol istifadəsi;
- psixotrop dərmanlar;
- irsi faktorlar;
- məişət şəraitinin münasib olmaması;
- ailədaxili münasibətlər;
- zəif qayğı.