Ürək sağlamlığı üçün ən yaxşı balıq:  Kardioloqlar hansını tövsiyə edir?
27 may 2024 13:02 (UTC +04:00)

Ürək sağlamlığı üçün ən yaxşı balıq: Kardioloqlar hansını tövsiyə edir?

Balığın müntəzəm istehlakı ürəyin işini və bədənin ümumi vəziyyətini yaxşılaşdırmağa kömək edir.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssislər qida rasionuna göyərti, paxlalılar, qoz-fındıq, zeytun yağı, giləmeyvə və balıq kimi qidaların daxil edilməsinin vacibliyini vurğulayırlar. Balıq bu pəhrizdə əsas rol oynayır, Çünki balığın tərkibində omeqa-3 yağ turşuları çox yüksəkdir.

Mütəxəssislər balıqların, xüsusilə qızılbalığın ürək sağlamlığına faydalı təsirlərinin olduğunu bildirirlər. Qızılbalıqda olan omeqa-3 yağ turşuları trigliserid səviyyəsini aşağı salmağa, damar iltihabını azaltmağa və aritmiya riskini azaltmağa kömək edir.

Həftədə dörd dəfə və ya daha çox balıq yemək infarkt riskini əhəmiyyətli dərəcədə azalda bilər. Həftədə iki porsiya balıq belə ürək-damar xəstəlikləri olan insanlar arasında əsas ürək-damar hadisələrinin və ölüm hallarının sayını əhəmiyyətli dərəcədə azalda bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2892
avatar

Arzu Qurbanlı

Oxşar yazılar