Yapon alimləri insanlara yeni dişlər çıxarmağa imkan verəcək yeni dərmanın hazırlanmasında irəliləyiş əldə ediblər.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu yeni irəliləyiş stomatologiya sahəsində inqilab yarada və bir çox insanlarda diş itkisi problemini həll edə bilər.
Yaponiyalı tədqiqatçılar siçanlar üzərində bir sıra təcrübələr aparıblar ki, yeni dərman yeni dişlərin böyüməsini stimullaşdıra bilir. Onlar diş minasının və toxumalarının bərpasını aktivləşdirən xüsusi zülaldan istifadə ediblər.
Xəbərə görə, təcrübələr nəticəsində bu dərmanla müalicə olunan siçanların itirilmiş dişlərin əvəzinə yeni dişlər çıxara bildiyi göstərilib.
Alimlər qeyd ediblər ki, bu kəşf insanlarda diş problemlərinin müalicəsi üçün böyük potensiala malik ola bilər. Hazırda milyonlarla insan çürük, travma və ya yaşlanma kimi müxtəlif səbəblərdən diş itkisindən əziyyət çəkir. İmplantlar və ya çıxarıla bilən protezlər kimi itirilmiş dişləri əvəz etmək üçün mövcud üsulların öz məhdudiyyətləri var və həmişə ən yaxşı həll yolu deyil.