Avstraliyanın Tasmaniya Universitetinin alimləri sitrus meyvələrinin ikinci tip şəkərli diabetin profilaktikası üçün əla seçim olduğunu qeyd ediblər.
Lent.az xəbər verir ki, aparılan araşdırmalar nəticəsində bu meyvələrdən istifadə edilməsinin qanda şəkərin səviyyəsini, həmçinin diabetin yaranması riskini azaltdığı məlum olub. Üstəlik, daha çox limon, portağal və qreyfrutun tərkibindəki flavononların müsbət təsiri aşkara çıxıb. Bu güclü antioksidantlar oksidativ stresi və iltihabı azaldır.