Siqaret çəkənlərin  NƏZƏRİNƏ:   Yerkökü və pomidor yeməyin
25 iyun 2023 19:15 (UTC +04:00)

Siqaret çəkənlərin NƏZƏRİNƏ: Yerkökü və pomidor yeməyin

İstisnasız olaraq bütün tərəvəzlər sağlamlıq üçün faydalıdır. Onların bir çoxunda bədənin hüceyrələrini sağaldan, bir sıra xəstəliklərin inkişafına mane olan qiymətli antioksidantlar da var. Bunlara, xüsusən, beta-karotinlə zəngin olan pomidor və yerkökü daxildir. Ancaq araşdırmalar bəzi insanlar üçün təhlükəli ola biləcəyini göstərib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, pomidor və yerkökü antioksidant mənbəyidir, immunitet sistemini gücləndirir və qocalma prosesini ləngidir.

Ancaq siqaret çəkənlər üçün onlar zərərli ola bilər, çünki siqaretin tərkibindəki kanserogenlər beta-karotinin strukturunu tamamilə dəyişdirir. Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu, orqanizmdə oksidləşdirici prosesləri artıraraq müxtəlif xəstəliklərin inkişafına potensial olaraq kömək edə bilər.

Mütəxəssislər siqaret çəkənlərə bu tərəvəzlərdən uzaq durmağı, əvəzinə yarpaqlı göyərti və sitrus meyvələrinə üstünlük verməyi məsləhət görür. Bu, siqaret səbəbiylə məhv olan C vitamini çatışmazlığını dolduracaq. Rasionda brokoli də olmalıdır.

Siqaret çəkənlərin tez-tez əziyyət çəkdiyi xroniki ağciyər xəstəliklərindən qoruyur. Tərkibindəki kimyəvi sulforapin genlərdən birinin (NRF2) aktivliyini artırır ki, bu da öz növbəsində ağciyər hüceyrələrini toksinlərin zədələnməsindən qoruyur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2493

Oxşar yazılar