Qurban bayramı öncəsi kababçıdan MƏSLƏHƏT
24 iyun 2023 17:03 (UTC +04:00)

Qurban bayramı öncəsi kababçıdan MƏSLƏHƏT

Qurban bayramından sonra əldə edilən qurban ətinin saxlanmasının, ətin xarab olmasının qarşısının alınmasının və sağlam şəkildə istehlakının vacibdir. 

Lent.az xarici KİV-ə istinadən xəbərt verir ki, bu barədə kabab ustası Dursun Göçenoğlu danışıb.

Qurban bayramı üçün kəsiləcək qurbanların əti bəzən qısa müddətdə yeyilir, bəzən də lazım olduğundan artıq saxlanılır. Çox həssas olan qurban əti düzgün saxlanmazsa, istehlak zamanı ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Bir çox ekspertlər Qurban bayramında kəsilən ətlərin qısa müddət qıraqda saxlanmasını təklif edir. O bildirir ki, ətin doğranıb torbaya, ləyənə qoyulub soyuducuya atılması əlverişsizdir.

Qurban bayramında kəsilən ətin gözləmədən bir neçə saat ərzində bişirilərək istehlak edilməsinin həzmsizlik, xüsusilə də mədə şişkinliyi kimi problemlərə səbəb olduğunu deyən Göçenoğlu, mədəsində problem olan insanların əti 24 saat saxlamalı olduğunu vurğulayıb. Göçenoğlu, kəsimdən sonra ətin içindəki suyun və qanın əhəmiyyətli bir hissəsinin süzülməsi lazım olduğuna, əks halda ətin həm dadının, həm də ömrünün qısa ola biləcəyinə diqqət çəkib.

Pis bişmiş ətin bir çox sağlamlıq problemi yaardır və dadlı olmur. Bna görə də ətin bişmə müddətinə və temperaturuna diqqət edilməsi lazım olduğunu bildirən Dursun Göçenoğlu, “Ətin dadlı və sağlam olması üçün ətin öz yağından istifadə etməlisiniz. Artıq yağdan istifadə etdikdə bu, müxtəlif xəstəliklərə səbəb ola bilər. Ətin çox bişməsi də sağlamlığa zərərlidir".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4001

Oxşar yazılar