Qan analizi ilə hansı xəstəliklər AŞKARLANIR? - CAVAB
29 noyabr 2022 17:43 (UTC +04:00)

Qan analizi ilə hansı xəstəliklər AŞKARLANIR? - CAVAB

Lent.az-ın “Bir sual, bir cavab” rubrikasında bu günə olan mövzu qan analizləri aşkarlanan xəstəliklərlə bağlıdır.

Əksər vaxtlarda xəstəxanaya yoxlanmaq üçün getdikdə həkimlərin ilk məsləhəti qan analizlərinin verilməsi olur. Buna səbəb bir çox hallarda pasientin şikayətini qanın analizlərinin nəticəsində bilmək olur. Çünki qan sistemi orqanizmin bütün orqan və toxumalarının fəaliyyətini dəstəkləyir. 

Maraqlıdır bəs, hansı xəstəliklər qanla aşkarlanır?

Lent.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Könül Kərimova açıqlama verib. 

Onun sözlərinə görə, istənilən patoloji vəziyyət və ya xəstələnmə hallarında ümumi qan analizinin aparılması vacibdir:

"Əlbəttə ki, təcrübəli həkim yalnız tək gözləri və əlləri ilə ilkin diaqnoz qoya bilir: xəstənin ümumi görünüşü, dərisinin, selikli qişalarının, dilin rəngi, hətta yerişinin xüsusiyyətinə əsaslanaraq. Lakin lazım olan müayinələrdən imtina edilməməlidir, çünki ilk baxışdan aşkar görünən xəstəlik halı belə mütləq tədqiqatların əsasında təsdiqlənir və həkim bu məlumatları əldə etməlidir.

Ümumiyyətlə, qan sistemi orqanizmin bütün orqan və toxumalarının fəaliyyətini dəstəklədiyi üçün istənilən patoloji vəziyyət və ya xəstələnmə hallarında ümumi qan analizinin aparılması məqsədyönlü hesab edilir. Hətta müəyyən yaş həddindən sonra profilaktik olaraq ildə bir dəfə qanın və sidiyin ümumi analizinin müntəzəm olaraq aparılması tövsiyə olunur. Bu müayinələr əsasında məsələn, daxili orqanların (qara ciyər, mədəaltı vəz, böyrəklər) fəaliyyətində yaranan dəyişiklikləri və yaxud metabolizm pozğunluqlarını vaxtında aşkar edib qarşısını almaq olur".

# 2994
avatar

Fidan İlqar

Oxşar yazılar

Koronavirusdan daha  neçə nəfər öldü?   - SON STATİSTİKA

Koronavirusdan daha neçə nəfər öldü? - SON STATİSTİKA

8 fevral 2023 , 19:38
Qriplə bağlı valideynlərə RƏSMİ ÇAĞIRIŞ

Qriplə bağlı valideynlərə RƏSMİ ÇAĞIRIŞ

8 fevral 2023 , 15:50
Yaşıl bibərin orqanizm üçün faydası nədir? - CAVAB

Yaşıl bibərin orqanizm üçün faydası nədir? - CAVAB

8 fevral 2023 , 11:57
Banan haqqında  nəyi bilmək lazımdır?   Faydaları, zərərləri və niyə meyvə deyil

Banan haqqında nəyi bilmək lazımdır? Faydaları, zərərləri və niyə meyvə deyil

8 fevral 2023 , 09:09
Astma xəstəliyi üçün  D vitamininin   faydası var?

Astma xəstəliyi üçün D vitamininin faydası var?

7 fevral 2023 , 19:34
Miqrenin yaranma səbəbi ARAŞDIRILIR - HƏKİM DANIŞDI

Miqrenin yaranma səbəbi ARAŞDIRILIR - HƏKİM DANIŞDI

7 fevral 2023 , 17:21
Baş ağrısını kəsmək üçün atdığımız dərmanların ZİYANI VAR? - Həkim danışdı

Baş ağrısını kəsmək üçün atdığımız dərmanların ZİYANI VAR? - Həkim danışdı

7 fevral 2023 , 15:36
Dəyişkən hava şəraiti baş ağrısına səbəb ola bilər? - CAVAB

Dəyişkən hava şəraiti baş ağrısına səbəb ola bilər? - CAVAB

7 fevral 2023 , 15:11