Alimlər ömrü uzadan amin turşusu kəşf ediblər.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, taurin (2-aminoetansulfon turşusu) heyvan , eləcə də insan toxumalarının mühüm tərkib hissəsidir və bitkilərdə praktiki olaraq yoxdur. Bu maddəni həm heyvanlar, həm də insanlar sintez edə bilirlər, lakin zaman keçdikcə bu qabiliyyət azalır.
Mütəxəssislərin fikrincə, taurinin səviyyəsinin azalması piylənmə və şəkərli diabet xəstələrində də müşahidə olunur. Alimlər həmçinin taurin əlavəsi ilə ümumi yaxşılaşmış sağlamlıq arasında əlaqə görürlər.
Tədqiqatlar göstərir ki, taurinin əlavə dozaları nematod qurdlarında orta ömrü 10-23%, siçanlarda isə 10-12% artırır.
Qeyd edək ki, bununla belə, mütəxəssislər klinik tədqiqatlar onun təhlükəsizliyini və effektivliyini təsdiq edənə qədər qocalma ilə mübarizə aparmaq üçün insanlara taurini qəbul etməyi tövsiyə etmirdilər.