“Omicron”un ilkin 8 əlaməti AŞKARLANDI
02 yanvar 2022 18:32 (UTC +04:00)

“Omicron”un ilkin 8 əlaməti AŞKARLANDI

Koronavirusun “Omicron” ştammının ilkin mərhələdə ortaya çıxan və soyuqdəymə və ya qrip əlamətlərinə bənzəyən səkkiz əlaməti məlum olub.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, ekspertlər qeyd ediblər ki, “Omicron” ştammının əlamətləri orqanizmdə koronavirusa yoluxduqdan sonra təxminən ikinci gündə baş verir və təxminən beş gün davam edə bilər. Belə ki, Cənubi Afrikadan, Böyük Britaniyadan və ABŞ-dan olan həkimlər onların arasında boğaz ağrısı, bel ağrısı, axan və ya tutulmuş burun, baş ağrısı, yorğunluq, asqırma, gecə tərləməsi və bədən ağrılarını qeyd ediblər.

Qeyd olunur ki, əlamətlər COVID-19-un ənənəvi əlamətlərindən daha az görünür, çünki onlar soyuqdəymə və ya qripə çox bənzəyir. Buna baxmayaraq, mütəxəssislər onlara məhəl qoymamağı və vaxtında həkimə müraciət etməyi məsləhət görürlər. Beləliklə, özünüzü infeksiyadan qorumağın ən yaxşı yolu peyvəndlənməkdir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6606
avatar

Oxşar yazılar