Neqativ düşüncələrdən qurtulmağın yolları: Bunları etsəniz...
08 yanvar 2021 12:21 (UTC +04:00)

Neqativ düşüncələrdən qurtulmağın yolları: Bunları etsəniz...

Bədbəxtliyimizin ən böyük səbəblərindən biri də mənfi enerjili düşüncələrimizdir. Başımıza gələn bütün pis şeyləri qara düşüncələrlə özümüzə yaxınlaşdırırıq. “Belə olacağını bilirdim” deyərək eyni xətanı  dəfələrlə edirik. Halbuki, düşüncə tərzimizi dəyişsək, nə qorxduğumuz başımıza gələcək, nə də pis nəticələrlə qarşılaşmaq kimi şansımız olacaq. Neqativ düşüncələrdən qurtulmağa çalışsanız da, onlara ilişib qalacaq.

Lent.az Türkiyə mediasına istinadən bunun üçün sizə bəzi tövsiyələri təqdim edir:

Yuxu rejiminizə diqqət edin!

Neqativ düşüncələrdən qurtulmaq üçün ilk edəcəyiniz şey həmişə qaydasında olan yuxu rejimi yaratmaqdır. Çünki yuxu müddətinizin qaydasında olması sizi mənfi düşüncələrin əsiri olmaqdan qurtaracaq. Bunun üçün hər gün eyni vaxtda yatıb durmalı və gün ərzində 6-8 saat yatmalısınız.

Neqativ düşüncələrinizi yazın!

Zehninizi qarışdıran və içinizi yeyən neqativ düşüncələrdən qurtulmaq istəyirsinizsə, onları vərəqə yazın. Ağlınızdan keçən bütün neqativ düşüncələrə icazə versəniz, onlarla savaşa bilməzsiniz. Yazmaq üzərinizdəki yükün yüngülləşməsinə səbəb olacaq. Məsələn, sevgilinizə, yaxın dostunuza zəng edirsiniz, amma cavab vermir və siz başına bir şey gəlmiş olduğundan narahatsınızsa, o zaman ağlınızdan keçənləri yazın. “Başına bir şey gələ bilər” düşüncəsi ilə başına gələ biləcək şeyləri məntiqli şəkildə tapın. “Bəlkə telefonunu yanında götürməyi unudub” tipli cavablar yaza bilərsiniz. Hadisələrə bu şəkildə pozitiv yanaşmağı öyrənə bilərsiniz.

Neqativ düşüncələr üçün vaxt ayırın!

Bəli, gün boyunca ağlınıza gələn neqativ düşüncələrə “indi bunun yeri deyil” deyərək beyninizə siqnallar ötürmüş olacaqsınız. Neqativ şeylər düşünmək üçün gündə 15-20 dəqiqənizi ayıra bilərsiniz. Bunun üçün sizə ən uyğun vaxtlar günorta saatlarıdır. Müəyyən müddət keçdikdən sonra özünüzə daha çox hakim olduğunuzu görəcəksiniz və artıq neqativ düşüncələr üçün vaxt ayırmağınıza da gərək qalmayacaq.

Ətrafınızda pozitiv düşünən insanlara yer verin!

Tez-tez neqativ düşüncələrin hücumuna məruz qalırsınız və özünüzü bu düşüncələrin içində çırpınarkən tapırsınızsa, o zaman ətrafınızdakı insanları gözdən keçirməlisiniz. Ətrafınızda davamlı melanxolik, bitmək bilməyən dərdləri ilə sizi yeyib bitirən, dünyanın bütün yükünü çiyinlərində daşıyırmış kimi görünən insanlar varsa, “başıma gəlməyən qalmadı” kimi cümlələrə danışmağa başlayan və bütün həyat enerjinizi alan dostlara sahibsiniz? Atalarımız yaxşı deyib: “Üzüm üzümə baxaraq qaralar”. Yəni neqativ düşüncələr də insandan insana keçir.

Həyatınızdakı neqativ düşünən insanlardan qurtulmalısınız. Zamanınızın qiymətini bilin! Həyatınızın nə qədər qısa olduğunu və axın gedən bir dəqiqənizi belə geri qazana bilməyəcəyinizin fərqinə varın. Ömrünüzü mənfi düşüncələrlə keçirməkdənsə, sahib olduqlarınızın dəyərini bilərək hər anınızın həzzini yaşayın. Ən dəyərli şeyinizi – vaxtınızı sizi üzməkdən başqa heç bir işə yaramayan düşüncələrlə məhv etməyin! Unutmayın ki, həyatda özünüzdən və vaxtınızdan daya dəyərli heç nə yoxdur. Ona görə ətrafdakı gərəksiz insanlara və hadisələrə vaxt ayırmaqdansa, özünüzə vaxt ayırın və sizə zərər verən düşüncələrdən uzaq durmağa çalışın. Sizə aid olan hər şeyi sevin, insanların xətalarını bağışlayın, kin tutmayın və bütün neqativ şeyləri həyatınızdan çıxarmağa başlayın! Elə indi!  
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8013
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar