Koronavirus peyvəndi vurulan qadın “od tutub yandı”
07 aprel 2021 10:02 (UTC +04:00)

Koronavirus peyvəndi vurulan qadın “od tutub yandı”

Şotlandiyanın Lankaşir şəhərindən olan 41 yaşlı bərbər Liya Kinq martın 12-də koronavirusa qarşı AxtraZeneca peyvəndi vurdurub.

Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, ancaq dərhal yan təsirlərin qurbanı olub.

Demək olar ki, dərhal güclü bir narahatlıq keçirib: dərisində kiçik ləkələr və sızanaqlar əmələ gəlib,  qaşınmağa və yanmağa başlayıb, sanki  bədəni atəşə bürünüb. Qadın dəhşətli ağrıdan əziyyət çəkib.

“Dərim çox ağrıyırdı və daim yanırdı. Mən əvvəllər heç vaxt belə ağrı hiss etməmişəm. Deyə bilərəm ki, bu mənim həyatımda ən pis vaxt idi”, - qadın söyləyib.

Tövsiyələrə görə 48 saat gözlədikdən sonra Liya xəstəxanaya müraciət edib. Ancaq xəstənin dediyinə görə, ona bir neçə dəfə yardım göstərməkdən imtina edilib.
 
Ağrı dözülməz olub və iki həftədən sonra da dayanmayıb. Ona görə qadın, 13 yaşlı autizm olan oğluna qulluq edə bilməyib. Bundan əlavə, oğlan anasının qızarmış dərisinə görə yaxınlaşmaqdan qorxub, nə baş verdiyini anlamağa çalışıb.
 
Artıq xəstə bir dermatoloqun məsləhətlərini gözləyir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10038
avatar

Oxşar yazılar