“Havaların isti keçməsi, qlobal istiləşmə, iqlim dəyişiklikləri haqqında zaman-zaman fikirlər səsləndirmişik. Bildiririk ki, isti havalar ürək, qan-damar sistemi xəstəlikləri olan insanlarda fəsadlara səbəb ola bilər”.
Bu sözləri terapevt Abbas Bağırov isti havaların ürək xəstəliklərinə təsiri ilə bağlı Lent.az-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, günün şüaları bədəndəki mayenin miqdarını azaldır:
“Ürək, qan-damar sistemi xəstəliyi olan insanlara günün ultura bənövşəyi şüaları daha yüksək dərəcədə təsir göstərir. Qan damarlarının genişlənməsi ilə səciyyələnən hallarda tərin ifrazı, bədəndən mikroelementlərin xaric olması, bədəndəki mayenin miqdarının azalması kimi hallar ürəkdə və qan-damar sistemində dəyişikliklərə səbəb olur.
Deməli, qan damarlarının tonusu zəifləyir, nəticədə qanın axını zəifləmiş olur. Qan axınının zəifləməsi isə qanın formalı elementlərindən biri olan tranbasitlərin aqreqasiyasını artırır. Damarın daxili qişasından qanın formalı elementləri arasındakı müvazinətlərin tarazlığı pozulur, qanda mineral bir qatılaşma yaradır. Bunlar hamısı toxumaların və ürəyin bilavasitə öz miokardin qidalanmasının pozulmasına gətirib çıxarır. Bu da öz növbəsində müxtəlif fəsadlara, infarkta, stenokardiyaya, işemik xəstəliklərin bir çoxuna yol açır. Eyni zamanda, ölümlə nəticələnən hallar da rast gəlinir. Bu birinci məsələdir”.
Həkim qeyd edib ki, isti hava xüsusən ürək döyüntüsü çox olan insanlara mənfi təsir edir:
“Ürək döyüntüləri çox olan insanlarda isti hava ilə tənəffüs etmək ürək fəaliyyətinə çox ciddi şəkildə təsir göstərə bilər. Ağciyərlərin ventilyasiyası qızmar havada olduqda, bu dəfə ağciyər və ürək damarları da genişlənməyə məruz qalır. Burada əmələ gələn tromp hissələrinin digər piy molekullarının toplaşmasına və kəskin qidalanma pozğunluğuna, infarkta və digər xəstəliklərə yol aça bilir. Əgər ki, orqanizmdə hipertoniya yoxdursa, yəni bədəndəki mayenin miqdarının artıqlığı ilə xarakterizə olunan qan təzyiqi yoxdursa, mütəmadi bədəndə mayenin miqdarını tənzimləmək lazımdır.
Hər saatda 200 ml-dən az olmayaraq maye qəbul etməlidir. Mikroelementlərin itməsi, qandakı bədəndəki mayenin tər vasitəsilə aşkar edəcək xaric olması ürək və qan-damar sisteminin bir çox xəstəliklərinin yaranmasına səbəb olur ki, bu hallar isti havalarda daha intensiv xarakter alır”.