Hava şəraiti infarkt olmaq ehtimalına  təsir göstərir
15 mart 2026 12:43 (UTC +04:00)

Hava şəraiti infarkt olmaq ehtimalına təsir göstərir

0

Hava şəraitindəki dəyişikliklər miokard infarktı riskini artıra bilər. 

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, bu nəticəyə meteoroloji amillər və infarkt nisbətləri arasındakı əlaqəni maşın öyrənmə üsulları ilə təhlil edən araşdırmaçılar gəlib.

Alimlər Pekin kardiologiya mərkəzində 10 il ərzində qeydiyyatdan keçən 11.527 infarkt xəstəsinin məlumatlarını təhlil ediblər. Bu məlumatlar gündəlik meteoroloji məlumatlarla müqayisə edilib. Təhlil göstərib ki, infarkt sayının daha çox olduğu günlər daha çox aşağı temperatur, gündəlik temperaturun əhəmiyyətli dərəcədə dəyişməsi və zəif külək, eləcə də aşağı rütubət və az yağıntı ilə əlaqələndirilir.

Araşdırmaçılar Random Forest maşın öyrənmə modelindən istifadə edərək ürək tutması riskinin artması ilə əlaqəli əsas hava parametrlərini müəyyən etdilər. Ən əhəmiyyətli amil gündəlik temperatur dalğalanmaları olub ki, bu da artan insident ehtimalına ən güclü təsir göstərib.

Araşdırma müəlliflərinin fikrincə, bu cür modellər səhiyyə sistemlərinə kardiologiya xidmətlərinə artan tələbat dövrlərini proqnozlaşdırmağa və tibbi resursları daha səmərəli şəkildə bölüşdürməyə kömək edə bilər. Gələcəkdə alimlər hava məlumatlarını xəstələrin yaşları, komorbidlikləri və digər fərdi xüsusiyyətləri haqqında məlumatlarla tamamlamaqla bu proqnozların dəqiqliyini artırmağı planlaşdırırlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 218

Oxşar yazılar