Gecələr  yaxşı yatmağınıza   mane olan  GÜNDƏLİK VƏRDİŞLƏR
11 dekabr 2023 14:52 (UTC +04:00)

Gecələr yaxşı yatmağınıza mane olan GÜNDƏLİK VƏRDİŞLƏR

Böyük siyasi və sosial hadisələr insanın psixoloji rifahına və yuxusuna əhəmiyyətli dərəcədə təsir edə bilər.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu tədqiqatçılarının apardığı elmi eksperimentin nəticələri təsdiq edir.

Ekspertlər qeyd edirlər ki, ictimai-siyasi hadisələr ictimai əhval-ruhiyyənin kəskin dəyişməsi, rifahın pisləşməsi və alkoqol istehlakının artması ilə əlaqəli yuxuya qlobal təsir göstərə bilər.

Yuxunun təsirlərini və COVID-19 pandemiyasının psixoloji aspektlərini öyrənmək məqsədi daşıyan eksperimentdə seçki dövründə hər gün ABŞ-dan 437, digər ölkələrdən isə 106 iştirakçı arasında sorğu keçirilib. Respondentlər yuxunun müddəti və keyfiyyəti, alkoqol istehlakının səviyyəsi və ümumi stressin subyektiv qavrayışı haqqında məlumat veriblər.

Nəticələr seçki dövründə yuxu müddətinin və keyfiyyətinin azaldığını, həmçinin stress, mənfi əhval-ruhiyyə və spirtli içkilərdən istifadə səviyyəsinin artdığını aşkar edib. Bu tendensiyalar ABŞ sakinləri arasında digər ölkələrdən olan iştirakçılara nisbətən daha qabarıq idi.

Araşdırmaya görə, rifahın pisləşməsi əsasən yatmazdan əvvəl xəbər lentlərinə baxan iştirakçılarda əhval-ruhiyyə və stresslə əlaqələndirilir.

Tədqiqatın müəlliflərindən biri Tony Cunningham vurğulayıb ki, bu, seçki günü ictimai əhval-ruhiyyənin dəyişməsi ilə səsvermədən əvvəlki gecə yuxu keyfiyyəti arasında əlaqəni müəyyən edən ilk araşdırmadır. Üstəlik, seçkilər təkcə yuxuya təsir etmir, həm də sübutlar göstərir ki, bu yuxu öz növbəsində vətəndaş fəallığına və seçkilərdə iştiraka təsir göstərə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3147
avatar

Fidan İlqar

Oxşar yazılar