Ət yeməyin həqiqətən zərərli olub-olmadığı AÇIQLANDI
22 sentyabr 2023 10:32 (UTC +04:00)

Ət yeməyin həqiqətən zərərli olub-olmadığı AÇIQLANDI

Ətin insan orqanizmi üçün təhlükələri ilə bağlı müzakirələr davam edir. Bir sıra elm adamları bu məhsulun istifadəsi ilə xərçəng riskinin artması arasında əlaqə haqqında danışır. Onu da qeyd edək ki, eyni zamanda bu faktı təsdiqləməyən tədqiqatlar var.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Stenford Universitetinin mütəxəssisləri bu məsələyə son qoymağa çalışıblar.

Onlar eksperiment aparıblar. Alimlər qiymə donuz, mal əti və kartofu iki müxtəlif üsulla bişiriblər: 15 dəqiqə qaynadıb 20 dəqiqə qızardıblar. Bundan sonra mütəxəssislər yeməyin DNT-sini çıxarıb və analiz ediblər.

Məlum olub ki, qızardılan ətin güclü istilik nəticəsində DNT zədəsi var. Mütəxəssislərin fikrincə, gələcəkdə istehlak edildikdə bu, insan DNT-sinin məhvinə gətirib çıxarır və xərçəngə tutulma riskini artırır. Həmçinin, qızartma zamanı kanserogen maddələr əmələ gəlir ki, bu da onkologiyanın inkişafına kömək edir.

Mütəxəssislər belə qənaətə gəliblər ki, qızardılmış ət qaynadılmış və ya bişmiş ətdən qat-qat zərərlidir.

Alimlər həmçinin işlənmiş ətdən (kolbasa və sosika kimi məhsullar) uzaq durmağı məsləhət görürlər. "Heart Failure" araşdırmasına görə, işlənmiş qırmızı ət yeyən isveçli kişilərdə ürək çatışmazlığı riski daha yüksək idi. Klivlend Klinikasında aparılan bir araşdırma, qırmızı ət yeyən insanların bədənlərində TMAO adlı metabolik əlavə məhsulun daha yüksək səviyyədə olduğunu və bu, getdikcə daha çox ürək xəstəliyi ilə əlaqəli olduğunu göstərib.

# 2163
avatar

Fidan İlqar

Oxşar yazılar