Dırnaqlarınız qopursa... - Ən başlıca səbəbi
24 fevral 2022 18:58 (UTC +04:00)

Dırnaqlarınız qopursa... - Ən başlıca səbəbi

Bəzən insanlar heç bir səbəb olmadan dırnaqlarının qopmasını müşahidə edirlər. Amma sən demə, bu, bəzi xəstəliklərə işarədir. 

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, göbələk infeksiyası bunun ən başlıca səbəbidir.

Çünki əl-ayaq barmaqları, dırnaq dibləri göbələyin ən çox sevdiyi yerlərdir.

Bunun bir səbəbi də vitamin-mineral çatışmazlığıdır.  D, A, C, kalsiy, maqniy, sink selen çatışmazlığı zamanı saçlar və dırnaqlar zəifləyir, nazikləşir.

Qalxanvari vəzin hormonal pozuntusu orqanizmin bütün sistemlərinə təsir edir. Bu orqanın işi pozulanda orqanizm sanki sökülüb dağılır. Dırnaqlar da bu səbəbdən zəifləyir, nazilir, soyulur.

Şəkərli diabet aşağı və yuxarı ətraflarda qan dövranını zəiflətdiyindən dırnaqların qanla təchizatı pozulur.

Odur ki, diqqətli olun!
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2625
avatar

Sevinc Fərid

Oxşar yazılar