DİQQƏT!  - Xanımlar ildə 2 dəfə USM-dən keçməlidir
24 iyun 2023 10:27 (UTC +04:00)

DİQQƏT! - Xanımlar ildə 2 dəfə USM-dən keçməlidir

"Xəstəliyin vaxtında aşkarlanması və erkən müdaxiləsi məqsədilə xanımların ildə ən azı 2 dəfə, hər 6 aydan bir USM müayinəsindən, 35 yaşından yuxarı olanların isə süd vəzində törəmə şübhəsi varsa, mütləq MMQ-dan keçməlisiniz".

Lent.az xəbər verir ki, bu sözləri həkim-onkoloq Ramilə Əliyeva deyib. 

O bildirib ki, faktiki olaraq bu gün ilkin səhiyyə xidməti göstərən tibb müəssisələrimizə (poliklinikalara) 55 yaşdan yuxarı qadınlar daha çox gecikmiş mərhələdə ( IV mərhələdə) müraciət edir:

“Onlarda daha çox gərginlik, ağrı və sancı simptomları müşahidə olunur. Bəzən isə bu xəstəlik heç bir əlamət olmadan inkişaf edir. Təbii ki, bu zaman vaxtında müdaxilə edilməməsi çox ciddi fəsadlara səbəb olur”.

Mütəxəssisin sözlərinə görə, onlar hər zaman süd vəzilərinin simmetriyasına (gilələrin içəriyə girib-girməməklərinə) fikir verməli və hər hansı asimmetriya müşahidə edildikdə dərhal həkimə müraciət etməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1579

Oxşar yazılar