Depressiyaya, stressə  qarşı qeyri-adi üsul təklif edildi
27 mart 2023 19:40 (UTC +04:00)

Depressiyaya, stressə qarşı qeyri-adi üsul təklif edildi

Mütəxəssislər stress və depressiya ilə mübarizə aparmaq üçün qeyri-adi üsul təklif ediblər.

Lent.az xəbər verir ki, psixiatr Bassi və psixoloq Alert insanlara hər gün əzab çəkmək üçün vaxt ayırmağı məsləhət görüb. 

Onların sözlərinə görə, çətin dövr keçirən insanlar günün müəyyən hissəsində qəsdən ağlamalıdır. 

“Depressiyada olan insanlar hər gün 15 dəqiqəni kədərli düşüncələrə və travmatik xatirələrə ayırmalıdır. Bu təcrübə stress, depressiya və travma sonrası stress pozğunluğu ilə mübarizədə təsirli ola bilər”.

Bassi bildirib ki, insanların mənfi emosiyaları boğması və ya inkar etməsi düzgün deyil:

 "Mənfi emosiyaları gizləmək, inkar etmək olmaz. Bu, nəzarətsiz enerjinin yığılmasına gətirib çıxarır. Nəticədə əsəbilik kimi gizli simptomlar üzə çıxır. Belə ki, mənfi duyğuları uzaqlaşdırmaq deyil, onları yaşatmağı, qəbul etməyi başa düşülməlidir".

Psixoloq Marissa Alert isə konsentrasiyanı və məhsuldarlığı artırmağa çalışanlar üçün “kədər seansları”nı tövsiyə edir.

Onun müşahidələrinə görə, bu, adətən narahatlığı azaltmağa və qalan vaxtlarda sakitcə gündəlik fəaliyyətlərə davam etməyə kömək edir. 

Psixoloq onu da qeyd edib ki, bu metodun təsiri hər kəs üçün eyni dərəcəli olmaya bilər. Belə olan halda digər üsullar sınanılmalıdır. 
 

# 1650
avatar

Sevinc Fərid

Oxşar yazılar