Avropa Komissiyası gələcək COVİD-19 pandemiyasının yayılmaması üçün istehsal gücünü ehtiyatda saxlamaq məqsədi ilə dörd peyvənd istehsalçısı qrupu ilə müqavilə imzalayıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, saziş Amerikanın əczaçılıq nəhəngi Pfizer, İspaniyanın vaksin istehsalçıları HIPRA və CZ vaksinləri, həmçinin Hollandiyanın Bilthoven Biologicals şirkəti ilə imzalanıb.
Bu, ildə 160 milyon avro dəyərində 325 milyon doza istehsal etmək qabiliyyətini əhatə edir. Müqaviləyə bir sıra müxtəlif növ vaksinlər daxildir: ilk dəfə Covid-19 zamanı istifadə edilən mRNA vaksinləri, həmçinin virus vektorları və zülallara əsaslanan vaksinlər. Müqavilə ömürlükdür.
Aİ həmçinin tədarük məhdudiyyətləri səbəbindən peyvənd istehsalçılarından doza almaq üçün ABŞ, Böyük Britaniya və digər ölkələrlə yarışdadır. Müqavilə belə bir vəziyyətin qarşısını almaq və gələcəkdə fövqəladə hallar zamanı peyvəndin sürətlə tətbiqinə yönəlib.