Bu ölkədə beyinyeyən amöbdən ilk ölüm faktı aşkarlandı
29 dekabr 2022 16:52 (UTC +04:00)

Bu ölkədə beyinyeyən amöbdən ilk ölüm faktı aşkarlandı

Cənubi Koreyada ilk dəfə olaraq beyin yeyən amöbdən ölüm faktı aşkaralnıb. Tibbdə bu xəstəlik Naegleria fowleri- Foulera neqleriyası adlanr.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, həkimlər ölən şəxsin bu amöbə Tailandda yoluxduğunu güman edirlər. Amöb çirkli sularda buruna və ağıza su dolması nəticəsində insan orqanizminə düşür.

Xəstəlik baş ağrısı, qusma nitqin pozulması kimi əlamətlərlə özünü göstərir, 10 gün içərisində insanı məhv edir.

İndiyə qədər beyinyeyən amöbə yoluxma halına az rast gəlinsə də, xəstəlik 98 faiz ölümlə nəticələnir. Bu infeksiya insandan insana keçmir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1392
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar