Bayramda aldığımız artıq çəkiləri  necə ataq? - ARAŞDIRMA
28 mart 2022 19:07 (UTC +04:00)

Bayramda aldığımız artıq çəkiləri necə ataq? - ARAŞDIRMA

Bayramlar bitdi və bu gündən bütün müəssisələrdə iş, məktəblərdə və universitetlərdə dərslər başladı.

Bayramlar hər nə qədər bizi sevindirsə də, bitəndən sonra tərəziyə çıxmaq heç də xoş hisslər yaşatmır.

Ancaq buna görə narahat olmayın. Çünki tərəzidə gördüyünüz rəqəmlər sizin həqiqi çəkinizi əks etdirmir.

Tətil günlərində bayramdan qalma yeməkləri, şəkərbura, paxlava kimi şirniyyatları yediyimiz üçün bunlar bədəndə olan artıq kalorilərdir. Həmin bu artıq kaloriləri bədəndən atmaq üçün 3 gün ərzində yediklərinizə diqqət etməlisiniz. 

Bayramlardan sonra artıq normal qidalanmağa başlamağa qərar vermisinizsə, növbəti gün mütləq ciddi bir rejim tətbiq etməlisiniz. 

Lent.az kiçik araşdırma edərək bayramda aldığınız artıq çəkiləri atmağınız üçün sizə qısa müddətlik diyetanı  təqdim edir: 

Belə ki, normal saatlarda səhər yeməyinizi etməlisiniz. Səhər yeməyinizdə pendir, yoqurt yeməyiniz, daha sonra isə üstündən bir fincan kofe içməyiniz məsləhətdir. 

12:00-13:00 arasında nahar etməyiniz və bu zaman istənilən sayda xiyar, 2 qalın dilim pendir ( növü fərq eləmir ) istehlak oluna bilər. 

Axşam yeməyinizi saat 17:00-dan gec olmamaqla, yoqurtla çay və kəsmiklə bir dilim çörəyi yeməyiniz məsləhətdir. 

Bunlarla yanaşı, bacardığınız qədər su da için. 

Günün sonunda özünüzdə aclıq və fiziki yorğunluq hiss edəcəksiniz, amma bir müddətlik bu diyetanı tətbiq etmək sizi əvvəlki formanıza qaytaracaq. Gün ərzində çox acsanız sorma konfetlərdən istifadə edə bilərsiniz. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2316
avatar

Sevinc Fərid

Oxşar yazılar

Pəncərəni açıb yatmaq  bədənə necə təsir edir?

Pəncərəni açıb yatmaq bədənə necə təsir edir?

27 iyul 2024 , 17:40
Bu giləmeyvə insanı xərçəngdən  qoruyur

Bu giləmeyvə insanı xərçəngdən qoruyur

27 iyul 2024 , 11:17
Hansı tərəvəzləri çiy yemək  olmaz?

Hansı tərəvəzləri çiy yemək olmaz?

26 iyul 2024 , 19:33
Üzməyə getməmişdən əvvəl bu qidalardan uzaq durun, yoxsa...

Üzməyə getməmişdən əvvəl bu qidalardan uzaq durun, yoxsa...

26 iyul 2024 , 18:54
Diş fırçasını  nə vaxt dəyişmək lazımdır?

Diş fırçasını nə vaxt dəyişmək lazımdır?

26 iyul 2024 , 17:23
Orqanizm üçün ən sağlam  meyvə şirəsi

Orqanizm üçün ən sağlam meyvə şirəsi

26 iyul 2024 , 15:39
DİQQƏT!  Qəhvəni bu saatlarda içməyin

DİQQƏT! Qəhvəni bu saatlarda içməyin

26 iyul 2024 , 11:06
Virusun yoluxucu olub-olmadığı  belə müəyyən ediləcək

Virusun yoluxucu olub-olmadığı belə müəyyən ediləcək

26 iyul 2024 , 10:14