Ayaqyolundakı  bakteriya   buludu: Sağlamlığa necə təsir edir?
11 mart 2025 10:49 (UTC +04:00)

Ayaqyolundakı bakteriya buludu: Sağlamlığa necə təsir edir?

Tualetin qapağını bağlayaraq suyu çəkmək, havaya yayılan bakteriyaların sayını azaldır. Tualetdə suyu çəkdikdə, havaya gözlə görünməyən su damcıları çıxır və bu damcılar təhlükəli bakteriyaları daşıya bilər.

Alimlərin araşdırmalarına görə, bağırsaq çöpləri (Escherichia coli) və qızılı stafilokok (Staphylococcus aureus) tualetdən havaya yayılan ən geniş yayılmış bakteriyalardır. Bu bakteriyalar mədə-bağırsaq və tənəffüs yolları infeksiyaları riskini artırır.

Lent.az bu mövzu ilə bağlı maraqlı faktları təqdim edir:

Çində aparılan araşdırma göstərib ki, boş tualet çəkildikdən sonra havadakı bakteriyaların konsentrasiyası çirkli tualetlə müqayisədə 16-43 faiz daha az olur. Bununla yanaşı, tualet otaqlarında yaxşı havalandırma sistemlərinin olması havadakı bioaerozolların miqdarını əhəmiyyətli dərəcədə azaldır və sağlamlıq üçün təhlükəni minimuma endirir.

Nəticələrimiz ictimai tualetlərdə bioaerozollara məruz qalma ilə bağlı sağlamlıq risklərini vurğulayır. Ventilyasiya sistemlərinin səmərəliliyini artırmaq və hava dövriyyə sürətini optimallaşdırmaq bioaerozolların konsentrasiyasını və onların insanlara təsirini effektiv şəkildə azalda bilər.

Əvvəlki araşdırmalar da göstərib ki, tualet suyu bir neçə dəfə çəkilsə belə, xəstəlik yaradan mikroblar hələ də orada qalır. Lakin suyu çəkməzdən əvvəl qapağı bağlamaq havaya yayılan bakteriyaların miqdarını xeyli azaldır.

Mütəxəssislərin fikrincə, bu bakteriyaların insan orqanizminə düşməsi spazmlar, ürəkbulanma, ishal və qusma kimi simptomlara səbəb ola bilər. Lakin tualet otağında ventilyasiya sistemindən istifadə infeksiyaya yoluxma riskini 10 dəfə azaldır.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 566

Oxşar yazılar