Ağciyər xərçəngini aşkarlayan süni intellekt modeli  hazırlandı
02 may 2023 13:06 (UTC +04:00)

Ağciyər xərçəngini aşkarlayan süni intellekt modeli hazırlandı

Həkimlər, alimlər və tədqiqatçılardan ibarət qrup ağciyər xərçəngini erkən mərhələdə dəqiq müəyyən edə bilən süni intellekt modeli yaradıb. 

Lent.az xəbər verir ki, bu modeldən istifadə etməklə xəstəliyin diaqnozunu sürətləndirmək və xəstələrin uğurlu müalicəsi şansını artırmaq olar.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il təxminən 10 milyon insan xərçəngdən ölür. 

Ancaq əksər hallarda xəstəlik erkən mərhələdə aşkar edilərsə və xəstə vaxtında müalicə alırsa bunun qarşısı alına bilər. 

Yeni süni intellekt modeli “Royal Marsden NHS Fondu”, London Xərçəng Araşdırmaları İnstitutu və London İmperial Kollecinin mütəxəssisləri tərəfindən hazırlanıb. 

Hazırlanmış model KT müayinələrində aşkar edilən anormal böyümələrin bədxassəli olub-olmadığını müəyyən edə biləcək. Bu alqoritm mövcud metodlardan daha səmərəlidir.

"Ümid edirik ki, gələcəkdə bu texnologiya xəstəliyin daha erkən aşkarlanmasını təmin edəcək və yüksək riskli xəstələrin ilkin mərhələdə müalicə ala bilməsi üçün daha da inkişaf edəcək", - həkim Benjamin Hunter bildirib.

AI alqoritmini inkişaf etdirmək üçün böyük ağciyər nodülləri olan təxminən 500 xəstənin kompüter tomoqrafiyasından istifadə edilib. Mütəxəssislərin istifadə etdiyi üsul skan edilmiş şəkillərdən insanın görməsi üçün çətin olan vacib məlumatları çıxara bilir. 

Bunlarla yanaşı, süni intellekt modeli xərçəng düyünlərini dəqiq müəyyən edib-etmədiyini yoxlamaq üçün sınaqdan keçirilib. 

Mütəxəssislərin fikrincə, tədqiqat hələ ilkin mərhələdədir və AI səhiyyə sistemlərində tətbiq edilməzdən əvvəl daha bir neçə sınaqdan keçirilməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1434
avatar

Sevinc Fərid

Oxşar yazılar