ABŞ-ın koronavirus və yoluxucu xəstəliklər üzrə mütəxəssisi Peter Hotez
31 may 2021 10:18 (UTC +04:00)

ABŞ-ın koronavirus və yoluxucu xəstəliklər üzrə mütəxəssisi Peter Hotez

ABŞ alimindən SENSASİYA: Təhlükəli COVID-26, COVID-32 gəlir…

“COVID-19-un mənşəyini hərtərəfli öyrənmək lazımdır, əks halda bəşəriyyət COVID-26 və COVID-32 ilə qarşılaşa bilər”.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, bunu Amerikalı alim və ABŞ-ın koronavirus və yoluxucu xəstəliklər üzrə mütəxəssislərindən biri Peter Hotez deyib.

COVID-19-u XXI əsrin (SARS və MERS-dən sonra) üçüncü böyük pandemiyası adlandıran mütəxəssis planetimizi gözləyən növbəti təhlükədən bəhs edib: “Ana təbiət bizə nə olacağını izah edir: əgər COVID-19’un mənşəyini tam anlamayacağıqsa, mütləq COVID-26 və COVID-32 olacaq”.

Hotez bu baxımdan yeni koronavirusun mənşəyinin araşdırılmasının vacibliyini vurğulayıb: “Bunun üçün virusoloqlar, epidemioloqlar və digər mütəxəssislər səyləri birləşdirməli, epidemiyanın başladığı Çinin Uuhan şəhərinə göndərilməlidirlər”.

Alim eyni zamanda, bu məsələ ilə bağlı Çinlə əməkdaşlıq etmədən koronavirusun mənşəyi barədə məlumat əldə etməyin çətin olacağını qeyd edib:

 

“Düşünürəm ki, Çinə güclü sanksiyalar da daxil olmaqla, güclü təzyiq göstərməliyik, belə ki, tanınmış epidemioloqlar və virusoloqlar qrupuna Çində heyvanlarla, insanlarla, digər nümunələrlə sərbəst işləməsinə şərait yaradılsın və heyət üzvləri laboratoriyalara maneəsiz giriş imkanı əldə etsin”.

Xatırladaq ki, bu günlərdə ABŞ Prezidenti Co Bayden virusun mənşəyinin tapılması, araşdırmalar aparılması ilə bağlı ölkənin kəşfiyyat orqanlarına 90 gün vaxt verib.

Mütəxəssislər əsasən iki istiqamətdə - virusun heyvanlardan keçməsini, yaxud laborator şəraitdə hazırlanmasını müəyyən etməyə çalışacaqlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7809
avatar

Rəsul SARI

Oxşar yazılar