Britaniyalı bioloqlar insanların yüksək temperatur və rütubətdə maddələr mübadiləsini tədqiq edərək belə qənaətə gəliblər ki, daimi 40 dərəcə istilikdə yaşamaq maddələr mübadiləsinin kəskin sürətlənməsinə kömək edir.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, tədqiqat zamanı alimlər iştirakçıları xüsusi təchiz olunmuş laboratoriya kamerasına yerləşdirərək, temperatur və rütubətin artması zamanı onların metabolik aktivlik səviyyəsinin necə dəyişdiyini izləyiblər. Eksperimentin bir hissəsi olaraq elm adamları tənəffüs sürətini ölçüblər və exokardioqrafdan istifadə edərək ürəyin işini müşahidə ediblər. Könüllülər istehlak etdikləri oksigen miqdarını qeyd edən maska taxıblar.
Müşahidələr zamanı alimlər müəyyən ediblər ki, laboratoriyada temperatur 40-50 dərəcə Selsi arasında dəyişdikdə könüllülərin maddələr mübadiləsi sürəti kəskin surətdə sürətlənir. Bu, həm aşağı, həm də yüksək rütubət səviyyəsində baş verib.
40 dərəcə Selsi temperaturda iştirakçıların maddələr mübadiləsi təxminən 35, 50 dərəcə istilikdə və yüksək rütubətdə isə bu göstərici daha 13 faiz artıb.
Tədqiqat müəllifinin dediyinə görə, maddələr mübadiləsinin kəskin artımını onunla tam izah etmək mümkün deyildi ki, eksperimentlərdə iştirak edənlərin orqanizmi ürək döyüntülərinin artması, nəfəs alma və daha aktiv tərləmə hesabına daha çox kalori sərf edib. Tədqiqatçıların fikrincə, bu, insan orqanizminin uyğunlaşma qabiliyyətinin son həddə olduğunu deməyə əsas verir.
Alimlər qeyd edirlər ki, təxminən 40 dərəcə Selsi temperaturunda termoneytral zona adlanan yuxarı həddi - insan orqanizminin istirahətdə minimum enerji sərf etdiyi temperatur diapazonu ola bilər. Bioloqlar qlobal istiləşmənin nəticələri ilə mübarizəyə yönəlmiş tədbirlər hazırlanarkən insan metabolizminin bu xüsusiyyətini nəzərə almaq lazımdır.