3 min il əvvəlki insanın xərçəngə qarşı immuniteti: – UĞURLU ARAŞDIRMA  - FOTO
13 mart 2021 19:00 (UTC +04:00)

3 min il əvvəlki insanın xərçəngə qarşı immuniteti: – UĞURLU ARAŞDIRMA - FOTO

“Müasir dünyada xərçəng xəstəliyi antik dövrdən 100 dəfə çox yayılıb”. 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, Kanada alimləri bu qənaətə gəliblər. 

“International Paleopathology Journal”da dərc edilən məqalədə bildirilib ki, mindən çox qədim misirlinin qalıqları tədqiq olunub. Onların yalnız bir neçəsində bədxassəli şişlərdən – xərçəngdən öldüyü müəyyən edilib.

Bədxassəli şiş izləri olan skeletlərin yaşı müasir texnologiyalarla (lifetime cancer risk, LTCR, radiokarbon) təyin olunub. Bu skeletlər və onların parçaları müvafiq olaraq 2800-3000, 1550-1950 il əvvələ təsadüf edir. Cəsədlər Dahla oazisi yaxınlığında “Ain Tirqhi” və “Kellis” qəbiristanlıqlarında tapılıb. 

Ümumilikdə, təxminən 1800 qalıq aşkarlanıb ki, bunlardan yalnız 1087-si sümüklərin morfoloji analizi üçün yararlı olub. İnsanların cinsi onların kəllə sümüklərinin forma və ölçüsünə, yaşları isə dişlərin çürümə dərəcəsinə, qabırğanın dəyişkənliyi, hətta mumiyalanmış cinsiyyət orqanlarına görə təyin edilib.

Təxminən 30 yaşlı misirlinin skeletinin müayinəsi zamanı metastatik karsinoma, humerus xərçəngi aşkarlanıb. 20 yaşlı qadının kəllə sümüyündə, uşaqlıq boynunda xərçəngin izləri tapılıb. 

Daha sonra 50 yaşlı qadında, 50-60 yaşlarında olan kişidə, həmçinin, 3-5 yaşlı uşaqda xərçəngin müxtəlif növləri müəyyən edilib. 

Tədqiqatçıların fikrincə, keçmişdə və hazırda bədxassəli xəstəliklərin yayılma dərəcəsini müqayisə etdikdə ayın olur ki, müasir dövrdə bu xəstəlik daha geniş vüsət alıb. Müasir Qərb ölkələrində təxminən bu göstərici yüzdə 50 (1000 nəfərdən 500 nəfərdə), xəstəlikdən ölmə riski isə yüzdə 25-dir. Qədim Dahlada bu rəqəm 0,5-ə bərabərdir (1000 nəfərdən 5 nəfər). 

Buna baxmayaraq, elm adamları müasir dünyadakı mühitin qədim dövrlərdən daha kanserogen olduğunu da bildirir. Tütündən, alkoqoldan istifadə, qidaların tərkibindəki yüksək karbohidratlar, yağlar, havanın çirklənməsi və s. xəstəliyə töhfə verən amillər sırasındadır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5085
avatar

Rəsul SARI

Oxşar yazılar