Kopenhagen Universitetinin tədqiqatçıları yeni araşdırma nəticəsində 100 yaşa qədər yaşayan insanların bağırsaq bakteriyalarının unikal birləşməsinə malik olduqları qənaətinə gəliblər.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, alimlər Yaponiyada yaşayan 100 və daha yuxarı yaşda olan 176 nəfərin sağlamlığını təhlil ediblər. Nəticədə uzun ömür və bağırsaq sağlamlığı arasında əlaqə yaradıblar.
Fakt budur ki, bəzi viruslar bağırsaq florasına və müvafiq olaraq bədənin ümumi vəziyyətinə müsbət təsir göstərə bilər.
Maraqlıdır ki, əvvəlki araşdırma, Yaponiyadan olan yüzilliklərin bağırsaq bakteriyalarının tamamilə yeni molekullar istehsal etdiyini aşkar edib. Sonuncular sağlamlıqlarını xəstəliklərə səbəb olan patogen mikroorqanizmlərə qarşı davamlı edir.
Doktor Yoahim Yohansenin fikrincə, əgər insan bağırsağı infeksiyaların təsirindən daha yaxşı qorunursa, deməli, 100 yaşa çatmasının səbəblərindən biri də budur. Onların bağırsaqlarında çoxlu sayda bakteriya və bakterial virus var.
“Yüksək mikrob müxtəlifliyi adətən sağlam bağırsaq mikrobiomu ilə əlaqələndirilir. Və biz sağlam bağırsaq mikrobiomuna malik insanların qocalma ilə əlaqəli xəstəliklərdən daha yaxşı qorunmalarını gözləyirik”, - dosent Simon Rasmussen bildirib.
Alimlər xüsusi yaradılmış alqoritmdən istifadə edərək bağırsaq bakteriyaları və bakterial viruslara həsr olunmuş xəritə tərtib ediblər. Rasmussen bağırsaq bakteriyalarının bədənimizin və təbii mühitimizin bir hissəsi olduğunu iddia edir. Onun fikrincə, ən maraqlısı isə odur ki, insan bağırsaq bakteriyalarının genetikasından fərqli olaraq tərkibini dəyişməyə qadirdir.