Perunun keçmiş prezidenti Martin Viskarra
19:21 19 aprel 2021

Perunun keçmiş prezidenti Martin Viskarra

Növbəsiz peyvənd vurduran keçmiş prezident cəzalandırıldı

Perunun keçmiş prezidenti Martin Viskarra, koronavirus peyvəndini növbədənkənar vurdurandan sonra, ölkə Konqresinin yekdil səsi ilə 10 il müddətinə dövlət vəzifəsində çalışmaq qadağan edilib.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, Viskarra, Peruda VIP peyvənd qalmaqalı ilə əlaqəli ticarətə təsir göstərməklə, sui-qəsd və yalan ifadələrdə günahlandırılıb. Bunun nəticəsində bir çox nazir və dövlət məmuru, ölkədə ümumiyyətlə, satışa başlamazdan əvvəl Sinopharm peyvəndini alıb.

Konqres həmçinin keçmiş səhiyyə naziri Pilar Mazzettini səkkiz il və keçmiş xarici işlər naziri Elisabet Asteteni  bir il dövlət vəzifələrində çalışmaq hüququndan məhrum edib.

Hər iki keçmiş nazir peyvənd vurdurub və sonrakı qalmaqal zamanı istefa edib. Lakin hər üçü də növbədənkənar peyvənd vurdurduqları üçün mövqelərindən istifadə etdiklərini inkar edirlər.
 

# 843
avatar

Oxşar yazılar