Yatmazdan əvvəl bunları yemək  OLMAZ
16 may 2022 05:48 (UTC +04:00)

Yatmazdan əvvəl bunları yemək OLMAZ

Düzgün qidalanma üzrə mütəxəssis Daniel Perez Vidal yatmazdan əvvəl hansı qidaları yeməli olduğumuzu açıqlayıb.

Lent.az "Vest.ru" saytına istinadən xəbər verir ki, sağlam yuxunun əsas düşmənlərindən biri dondurmadır. 

Bu məhsulun tərkibində insulini artıran, stimullaşdıran çoxlu şəkər var.

Bu yuxunu çətinləşdirəcək. 

Eyni səbəbdən, tortlardan imtina etmək lazımdır. 

Həmçinin, yatmazdan əvvəl kofeinli qidalar yeməyin.

Diyetoloq həmçinin yatmazdan əvvəl pendir və ədviyyatlı yemək yeməməyi də tövsiyə edib. 

Yatmazdan əvvəl maqnezium və kaliumla zəngin banan və ya kalsiumla zəngin badam yemək ən faydalıdır. Bu minerallar əzələlərin rahatlamasını, həmçinin amin turşusu triptofanın "yuxu hormonu" melatoninə çevrilməsinə gətirib çıxarır.
 

# 2139
avatar

Oxşar yazılar