Ərdoğan Heydər Əliyevin məzarını ziyarət etdi -  YENİLƏNİB
16 iyun 2021 18:55 (UTC +04:00)

Ərdoğan Heydər Əliyevin məzarını ziyarət etdi - YENİLƏNİB

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 16-da Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, abidəsi önünə gül dəstəsi qoyub.

Lent.az-ın məlumatına görə, Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim akademik Zərifə xanım Əliyevanın xatirəsi də ehtiramla anılıb, məzarı üzərinə gül dəstəsi qoyulub.

***

16:33

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Fəxri Xiyabanda Heydər Əliyevin və Zərifə Əliyevanın məzarlarını ziyarət edib.

Lent.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin rəsmi “Twitter” səhifəsində bildirilib.

# 2463
avatar

Oxşar yazılar