Prezident İlham Əliyev əmək pensiyaları və sosial müavinətlərin, təqaüdlərin artırılması barədə sərəncam imzalayıb.
Lent.az-ın məlumatına görə, sərəncamda bildirilir:
“Azərbaycan Respublikasının Nazirlər Kabineti əməkhaqlarının, əmək pensiyalarının və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılmasının təmin edilməsi ilə bağlı Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi layihəsində müvafiq tədbirlərin əks etdirilməsi üçün təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin".