Dini Komitənin əməkdaşları təltif edildi
18 iyun 2021 17:31 (UTC +04:00)

Dini Komitənin əməkdaşları təltif edildi

Prezident İlham Əliyev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi əməkdaşlarının təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Lent.az-ın məlumatına görə, Sərəncama əsasən Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 20 illiyi münasibətilə və dövlət–din münasibətlərinin tənzimlənməsində səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin aşağıdakı əməkdaşları təltif edilir:

“Tərəqqi” medalı ilə

Allahverdiyeva Səbinə Elbrus qızı

Babayev Vüqar Səyyad oğlu

Həziyev Əli Vəli oğlu

Hümmətov Vüqar Hümmət oğlu

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə

İsmiyev Şəhriyar Muradxan oğlu

Paşazadə Tərxan Əlhəddin oğlu.
 

# 2220
avatar

Oxşar yazılar