Badımcan plovun hazırlanma qaydası
18 dekabr 2020 19:51 (UTC +04:00)

Badımcan plovun hazırlanma qaydası

Süfrənizdə yeni yemək - “Badımcanlı plov”: Bişirilmə qaydası

Düyü, yarma (bulqur) və ya makaron-vermişel növləriylə bişirilən, ədviyyat, ət və mevyə quruları ilə yeyilən plov mətbəxin şah yeməklərindən biridir.

Plovun müxtəlif növləri var. Adətən bölgələrə görə fərqli hazırlanan bu yeməyin bir çoxlarınıza məlum olmayan növü də var. Lent.az türliyə mətbuatına istinadən bu gün sizə “Badımcan plovu”nun hazırlanma qaydasını təqdim edəcək:

  Badımcanlı plovu bişirmək üçün Türkiyədə “baldo pirinç” adlanan düyüdən istifadə olunur. Miladdan əvvəl 400-cü illərdə Asiyada istehsal edilən bu düyü Böyük İsgəndərin əsgərləri tərəfindən Qərbi Asiya və Yunanistana aparılıb, buradan isə bütün dünyaya yayılıb. Bu, elə azərbaycanlıların əsasən istifadə etdiyi düyü növüdür.

  Beləliklə, badımcanlı plovu bişirmək üçün bizə nələr lazımdır?
1 stəkan yarım (baldo) düyü,
2-3 ədəd badımcan,
2 ədəd soğan,
1 ədəd pomidor,
1 stəkan zeytun yağı,
2 stəkan su,
2 çay qaşığı duz,
1 çay qaşığı qara bibər,
2 çay qaşığı şəkər tozu,
1 çay qaşığı zərdəçal
1 çay qaşığı nanə,
1 çay qaşığı darçın.

  Sıra gəldi badımcanlı plovu bişirməyə. Düyünü bir qaba tökün, üzərini örtəcək qədər isti su və duz əlavə edib 30 dəqiqə saxlayın. Sonra soyuq suda bir neçə dəfə yuyun və süzün.

  Bu arada badımcanları sapından aşağıya doğru xəttli olaraq soyun və kiçik küplər halında doğrayın. Qızardarkən yağ çəkməsin deyə yarım saat duzlu suda saxlayın. Sudan çıxardıqdan sonra yaxşıca yuyub qurulayın, stəkanın 3-də 2-si qədər zeytun yağında qızardın. Qalan 1/3-də bir zeytun yağını isə bir qazana tökün, istiləşsin, sonra doğranmış soğanı əlavə edib yumşalana qədər qovurun. Doğranmış pomidoru pörtmüş soğanın üzərinə töküb qovurmağa davam edin. 2 stəkan su, duz, şəkər tozu, qara bibər, zərdəçal, nanə və darçını əlavə edin. Su qaynayınca düyünü əlavə edin, bir dəfə qarışdırın. Üzərinə badımcanları düzün, qazanın qapağını bağlayıb əvvəl çox, su qaynadıqdan sonra isə kiçik od üzərində düyü suyu çəkənə qədər bişirin. Qazanı kənara qoyandan sonra qapağı bağlı şəkildə 15-20 dəqiqə dinləndirin. Daha sonra taxta qaşıqla plovu xırmanlayıb ilıq şəkildə masaya gətirin. Nuş olsun!

 

# 2634
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar